09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Putinlə Əsəd arasında görüş oldu
Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd arasında Kremldə görüş olub.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
Rusiya dövlət başçısı Əsədin siyasi opponentlərlə dialoqun qurulması üçün çox işlər gördüyünü qeyd edib.
“İnsanlar sizə etibar edirlər və əvvəlki illərin bütün çətinlikləri və faciələrinə baxmayaraq, bərpa prosesi və normal həyata qayıdış prosesini sizinlə bağlayırlar. Bilirəm ki, siz bunun üçün, o cümlədən siyasi opponentlərinizlə dialoq qurmaq üçün çox şey edirsiniz. Çox ümid edirəm ki, bu proses davam edəcək”, - Putin deyib.
Rusiya Prezidenti ümidvardır ki, birgə səylərlə Suriya xalqına “ayağa qalxmağa” kömək etmək mümkün olacaq: “Ümid edirəm ki, bugünkü gün birgə səylərlə Suriya xalqına sözün bütün mənalarında ayağa qalxmağa, iqtisadiyyatı, sosial və səhiyyə sahələrini bərpa etməyə kömək etmək mümkün olacaq”.
O, iki ölkənin bu gün bütün bəşəriyyətin üzləşdiyi əsas problemin həlli üzərində birgə çalışdığına diqqət çəkib. “Koronavirus infeksiyası ilə mübarizəni nəzərdə tuturam”, - deyə Putin izah edib.
Putin bildirib ki, Suriya hökuməti ölkə ərazisinin 90%-nə nəzarət edir: “Bizim birgə səylərimizlə Suriya Respublikasının əsas, böyük ərazisi azad edilib. Terrorçulara çox ciddi, əhəmiyyətli ziyan vurulub və Suriya hökuməti sizin başçılığınızla ərazinin 90%- nə nəzarət edir”.