09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
“Erməni mənşəli Lavrov ağzına “Stepanakert” sözünü almır - "Xankəndi" deyir...”
“Amma biz anlamaq istəmirik ki, Rusiya əsgərinin vecinə deyil, bu torpaq, Qarabağ kimindir və adı nədir, necə adlanır...”
10 Noyabr üçtərəfli razılaşmasından bəri keçən 10 aya yaxın müddətdə Rusiyanın torpaqlarımızda yerləşdirilimiş rəsmən sülhməramlı sayılan hərbi kontingentinin ilk günlərdən tərtib etdiyi xəritələr, rəsmi missiyalarından kənar gördükləri işlər və s. Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə hörmətsiz yanaşdığını göstərir. Məsələn, Xankəndini rəsmi adıyla yox, ermənilər istədiyi kimi, “Stepanakert” adlandırırlar. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Amma Rusiya hərbi komandanlığı, Müdafiə Nazirliyinin rəsmi saytındakı xəbər və müsahibələrində nəinki “Dağlıq Qarabağ” məfhumunu işlədir, üstəlik, hələ Laçın rayonunu da bəzən “Laçinksiy rayon Naqornoqo Karabaxa”, yəni “Dağlıq Qarabağın Laçın rayonu” kimi təqdim edir. Laçının özündə və dəhliz ərazisindəki kəndlərdə qanunsuz məskunlaşmış ermənilərə “Dağlıq Qarabağın yerli sakinləri” kimi yardım göstərirlər və s. və i.a. Belə olan halda Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin fəaliyyətini necə dəyərləndirmək olar?
Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli sualımızı belə cavablandırıb:
“Çox pis. Rusiyanın Qarabağda və Laçın dəhlizində yerləşdirilmiş hərbçiləri faktiki olaraq 10 Noyabr Üçtərəfli sazişindən irəli gələn bir çox muddəaları yerinə yetirmirlər. Belə çıxır ki, onlar burada Rusiyanın siyasətini deyil, erməni diasporunun tələblərini yerinə yetirirlər. Aydındır ki, pula satılan hərbçilərdir. Əslində onlar Üçtərəfli sazişdən irəli gələn nə varsa, hamısına əməl etməlidirlər. Ancaq gecikirlər. Rus sülhməramlılarının yerləşdikləri Azərbaycan ərazini ermənilər kimi adlandırması Rusiyanın siyasətinə uyğun deyil. Yəni Rusiya rəhbərləri özləri rəsmi danışıqlarda “Stepanakert”i Xankəndi adlandırırlar. Bu o deməkdir ki, əvvəl-axır belə olacaq. Biz anlamaq istəmirik ki, Rusiya əsgərinin vecinə deyil, bu torpaq, Qarabağ kimindir və adı nədir, necə adlanır. Bizi Putinin, Lavrovun bu yerləri necə adlandırması düşündürməlidir. Mənşəyi erməni olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ağzına “Stepanakert” sözünü almır, Xankəndi deyir. Əsas olan budur...”
“Aydındır ki, Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri gizlənir. Məqsədləri isə Qarabağda yeni müharibə qaynatmaqdır. Müharibənin bərpası isə Rusiyanın fövqəldövlət kimi imicini heçə endirər. Belə olduğu halda Minsk Qrupunun oyunları başlaya bilər. Sülhməramlılar erməni provokasiyalarının qarşısını almaq və tranzit yollarını işə salmaq üçün əllərindən gələni etməlidirlər” – deyən həmsöhbətimiz NATO-nun Rusiya əleyhinə gedən ermənilərin vasitəsilə öz qoşunlarını Ermənistanda yerləşdirmək niyyətindən də danışıb.
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur” deməsi təsadüfi deyil. Azərbaycan rəhbərliyi bütün məsələləri Rusiya rəhbərliyi ilə çoxdan həll edib...
Bu saat Ermənistan tərəfi 1975-ci ildəki sərhədlərinə qayıdır. Maraqlısı budur ki, bu işdə də sülhməramlıların böyük rolu vardır. Yoxsa həyasız dığaları tutduqları yerdən çıxarmaq olardı?.. Və Laçın dəhlizinin açılması həm də Zəngəzur dəhlizinin açılmasına dəlalətdir...
Siz Laçının Rusiya əsgəri tərəfindən necə adlandırıldığına fikir verirsiniz. Yaxşı olar ki, Laçında bir erməninin qalmadığından, Xankəndində bu saat vur-tut 15 mindən az erməni qaldığından danışın. Allah qoysa, onların biri də Qarabağda qalmayacaq...
Bilmək lazımdır ki, Rusiya rəhbərləri də ermənilərin əlindən yanıqlıdırlar. Onların Fransadan 2.5 milyard avro götürmələri və 10 Noyabr Üçtərəfli sazişə əməl etmək istəməmələri Rusiyanı hiddətləndirir. NATO öz qoşunlarını ermənilərin əliylə Ermənistana yerləşdirmək istəyir. Buna görə də onların analarını ağlar qoyacaqlar. Hər 100 ildən bir bu və ya digər fövqəldövlət ermənilərin qanını tökür, az qalır, dünyadan izlərini silsinlər. İndi növbə Rusiyanındır və bu prosesi heç kim dayandıra bilməz”- deyə analitik vurğulayıb.