18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
“Azərbaycanın mehriban siması” kitabının gürcü dilində təqdimatı oldu - VİDEO
Gürcüstanın Tbilisi şəhərində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr etdiyi “Azərbaycanın mehriban Siması” adlı kitabının gürcü dilində təqdimatı keçirilib.
Pravda.az-ın məlumatına görə, təqdimatdan öncə Gürcüstanda Heydər Əliyevin abidəsi ziyarət edilib. Tədbirdə Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze, Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, akademik Nizami Cəfərov və bir çox elm adamları iştirak edib.
Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze çıxışında Azərbaycan və Gürcüstanın ölkələrarası münasibətlərindən də bəhs edib. O bildirib ki, iki ölkə arasındakı münasibət hər zaman yaxşı olub: “Bizim ölkələr arasında münasibət bu gün də inkişaf edir. Yaranmış Türkiyə, Azərbaycan və Gürcüstan üçbucağı çox böyük bir hadisədir. Əminliklə deyə bilərəm ki, Mehriban Əliyeva yalnız Azərbaycanın deyil, o cümlədən bütün Qafqazın mehriban simasıdır”.
Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli Tbilisidə belə bir kitab nəşr edilməyini çox böyük hadisə adlandırıb: "Mən kitabı əlimə alan kimi gördüm ki, çox nəfis şəkildə çap edilib”.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, ölkələrimiz bütün sahələrdə sıx əməkdaşlıq edir: "Kitabın təqdimatının məhz burada keçirilməsi də sıx əməkdaşlığın bariz nümunəsidir”.
Daha sonra tədbirdə akademik Nizami Cəfərov, M. F. Axundov adına Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, politoloq Gia Mamaladze çıxış edib.
Sonda Mehriban Əliyevanın təşəbbüsü ilə Gürcüstanda mədəniyyət, təhsil sahəsində böyük uğurlu layihələrin həyata keçirildiyi qeyd edilib.