21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Meksikanın dövlət bayramı tədbirində mətbəximiz nümayiş olundu - Fotolar
Meksikanın müstəqilliyinin 200 illik yubileyi ilə əlaqədar paytaxt Mexikonun ən mötəbər ərazisində yerləşən “Presidente İntercontinental” mehmanxanasında YUNESKO ilə əməkdaşlıq edən “Hypatia” klubu, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin, “Presidente İntercontinental” mehmanxanasının və Meksikanın “Xocolatl” şokolad fabrikinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, tədbirdə Meksikanın müstəqilliyini simvolizə edən, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Chile en nogada” yeməyi ilə yanaşı, tədbirdə xüsusi qonaq qismində iştirak edən Azərbaycanın milli mətbəx nümunəsi olan yarpaq dolması “Chapulin” restoranının baş aşpazı tərəfindən hazırlanaraq qonaqlara təqdim olunub.
Tədbirdə çıxış edən səfir M.Talıbov Azərbaycanla Meksika arasındakı əlaqələrin önəmindən bəhs edib, ölkəmizin mədəniyyəti, ənənələri, turizm potensialı və milli mətbəxi barədə məlumat verib. Həmçinin Meksika milli mətbəxinin nümunəsi “Chile en nogada” ilə bənzərliyi olan dolmanın Azərbaycanda bir neçə növü olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın mədəniyyətini özündə əks etdirən müxtəlif nümunələrdən ibarət guşə yaradılmış, qonaqlara ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb.