11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
İspandilli ölkələrin mediası Mehriban Əliyevanı təbrik etdi - VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı doğum günü münasibətilə ispan dilli media da təbrik edib.
Sfera.az xəbər verir ki, Nikaraquanın "Kanal 8" və "Globo TV" televiziya kanalları, eyni zamanda İspaniya, Meksika, Kolumbiya, Kosta Rika, Honduras, Venesuela Bolivar Respublikası və Argentina kimi ispan dilli ölkələrinin mətbu orqanları Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.
Məqalələrdə və reportajda qeyd olunub ki, dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır.
Eyni zamanda, Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında dini abidələrin və məscidlərin bərpası layihəsinə başlayacağı vurğulanıb:
"Heydər Əliyev Fondunun tətbiq etdiyi mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinin irəliləməsində əhəmiyyətli rol oynayır. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verir".
Sonda isə vurğulanıb ki, avqust ayının 26-sı Mehriban Əliyevanın doğum günüdür.
İspan dilli ölkələrin mediası Mehriban xanım Əliyevanı təbrik edib və uğurlar arzulayıb!
İspaniyanın "Horrapress EU" media agentliyi:
https://es.horrapress.eu/archivos/4054
Meksikanın "Expresión Mexico" media agentliyi:
https://expresionmexico.com/2021/08/20/fundacion-heydar-aliyev-lanza-proyecto-de-restauracion-de-monumentos-y-mezquitas-en-karabaj/
Meksikanın "Mi Punto de Vista" media agentliyi:
https://www.mipuntodevista.com.mx/fundacion-heydar-aliyev-proyecta-rescate-de-monumentos-religiosos-y-mezquitas-en-la-antigua-tierra-de-karabaj/
Meksikanın "Club Juridico" media agentliyi:
http://www.clubjuridico.com/fundacion-heydar-aliyev-proyecta-rescate-de-monumentos-religiosos-y-mezquitas-en-la-antigua-tierra-de-karabaj/
Kolumbiyanın "Snoticias" media agentliyi:
https://snoticias.com.co/index.php/2021/08/20/la-fundacion-heydar-aliyev-lanza-un-proyecto-de-restauracion-en-la-antigua-tierra-de-karabaj/
Kosta Rikanın "La voz de Goicoechea" media agentliyi:
https://www.lavozdegoicoechea.info/2021/08/versiculo-del-dia_01548626703.html?m=1
Hondurasın "El Diario de Honduras" media agentliyi:
https://www.eldiariodehonduras.hn/index.php/internacionales/2765-la-fundacion-heydar-aliyev-lanza-un-proyecto-de-restauracion-de-los-monumentos-religiosos-y-mezquitas-en-la-antigua-tierra-de-karabaj
Venesuelanın "Agencia Internacional del Sur- AiSUR" media agentliyi:
https://www.saberesafricanos.net/noticias/opinion/6474-las-relaciones-entre-venezuela-y-azerbaiyan-en-la-nueva-geopolitica-de-integracion-de-los-pueblos.html
Argentinanın "Data Política y Económica" media agentliyi:
https://datapoliticayeconomica.com.ar/2021/08/25/las-relaciones-entre-venezuela-y-azerbaiyan-en-la-nueva-geopolitica-de-integracion-de-los-pueblos/
Nikaraquanın "Kanal 8" və "Globo TV" televiziya kanalları