21:42 - Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
21:39 - Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə bölmələrinin birgə təlimi başa çatıb
21:37 - SOCAR öhdəliklərini yerinə yetirməyən podratçıdan imtina edə bilər
21:35 - Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
21:34 - Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
“Yarasa” erməni xüsusi təyinatlılarının başına hansı oyun açıb – Van Ambartsumyandan Şuşa əməliyyatı etirafı
Müharibənin aktiv mərhələsinin bitməsindən, Şuşanın qaytarılmasından 8 ay keçməsinə baxmayaraq, ermənilər hələ də məğlubiyyəti həzm edə bilmirlər. Erməni KİV-ləri, Telegram kanalları hər gün yeni uydurma xəbərlərlə çıxış edərək, şəhərin təhvil verildiyi, erməni “şirlərinin” azərbaycanlılarla deyil, türk xüsusi təyinatlıları, suriyalı türkmanlar və əfqanlarla döyüşdükləri barədə əfsanələr düzəldirlər.
Amma onların uydurma naminə qurduqları bu oyunlar bəzən özlərinin də əleyhinə işləyir. Məsələn, dünən ermənilərin populyar “SisMasis” Telegram kanalında təşkil edilən diskussiya biabırçılıqla başa çatıb.
EDNew.net-in məlumatlına görə, diskussiyaya dəvət edilən Van Ambartsumyan adlı tanınmış hərbi ekspert indiyə kimi iddia edilən “Şuşa döyüşsüz təhvil verildi” iddiasını yerlə bir edib. O, Samvel adlı aparıcının “Axı Şuşada döyüş olmayıb” iddiasına belə cavab verib: “Səhər tezdən döyüş gedən günü xatırlayıram. Necə döyüş olmayıb? Tankı vurmuşdular və onun top qülləsi partlayaraq 20 metr aralıya düşmüşdü. Döyüş olub, bu faktdır. Əsgərlərdə hətta bəzilərinin başlarında güllə yaraları olub!”
Daha sonra V.Ambartsumyan Şuşanın necə ələ keçirildiyindən danışıb: “Azərbaycan Dövlət Təhlükəsizlik Qüvvələrinin Xüsusi Təyinatlı qrupu olan “Yarasa” bizim döyüşçülərin təminatını kəsdi. Bizim döyüşçülər isə gözləmirdilər ki, azərbaycanlılar keçilməz hesab olunan sıldırım qayalardan hücum edəcəklər. Panika vardı, erməni qüvvələri nə edəcəklərini bilmirdilər, başıpozuqluq yaranmışdı!”
Hərbi ekspert Azərbaycan xüsusi təyinatlı qüvvələrini tərifləməkdən belə, çəkinməyib: “Mən həqiqəti deməyi sevirəm. Azərbaycan Silahlı Qüvvələrinin unikal piyada qoşunları var. Əgər siz də həqiqəti bilmək istəyirsinizsə, deyim. Mən ekspert kimi danışıram, millətindən və dinindən asılı olmayaraq, deməliyəm ki, onların super xüsusi təyinatlıları var. Onlar Kanadadan, İtaliyadan və hətta Fransadan ən müasir avtomatlar alıblar.
Məsələn, “Yarasa” bütün dünya miqyasında unikal qoşun növüdür. Onlar müharibədən 12 saat əvvəl arxamıza keçərək, ordunun təminatını kəsdilər. “Yarasa” qrupunun döyüşçüləri erməni forması geymişdi və heç kim bunu başa düşmədi. “Yarasa” Şuşa istiqamətində hansı oyunlardan çıxmadı ki? Onlar Ermənistan xüsusi təyinatlılarının ovuna çıxmışdılar. Xüsusi təyinatlılarımıza qarşı unikal, təkrar edirəm, unikal əməliyyatlar keçirirdilər”.
Nəhayət, aparıcıların dəfələrlə müdaxilə etməsinə, onun sözünü kəsməsinə, onu yalançılıqda ittiham etmələrinə dözməyən Ambartsumyan Azərbaycan xüsusi təyinatlılarına alpinizm dərsləri keçirildiyi ilə bağlı videofaktı təqdim edəcəyini bildirib.
P.S. Erməni Telegram kanalı Van Ambartsumyanı yalan danışmaqda ittiham edərək, onunla aparılan diskussiyanı silib (Amma səs yazısı əlimizdə var).
P.P.S. Hərbi ekspert onu da əlavə edib ki, vəziyyətin kəskinləşməsi qorxusu var. Azərbaycan hazırda sərhədə zərbə qruplaşması toplayır. O, 44 günlük müharibədən öncə də belə bir xəbərdarlıqla çıxış etdiyini, lakin sözlərinə məhəl qoyulmadığını bildirib…