20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçiminə başlanılır
Avqustun 24-26-da 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Bu barədə "Qafqazinfo"ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 24-ü saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.
Namizədlər avqustun 26-sı saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur.
Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.