21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
"Taliban" Türkiyədən yardım istədi - Trilyon dollarlıq iş
"Taliban" sözçüsü Süheyl Şahin Türkiyə ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Süheyl Şahin açıqlamasında Türkiyə ilə yaxşı münasibətlərinin olduğunu bildirib: "Türkiyə bizim üçün çox əhəmiyyətli bir ölkədir. Dünyanın ən güclü dövlətlərindəndir və İslam ümməti üçün çox xüsusi bir fəaliyyətləri var. Digər tərəfdən Türkiyənin Əfqanıstanla bağını heç bir ölkə ilə müqayisə etmək mümkün deyil. Başqa ölkələrdən daha çox Türkiyənin dostluğuna, dəstəyinə və əməkdaşlığına ehtiyacımız var. Əfqanıstanın zəngin yeraltı sərvətləri var. Ancaq bunları emal etmək gücümüz yoxdur. İşğal və talanlar nəticəsində bütün infrastrukturumuz çöküb. Türkiyə ilə təhsil, iqtisadiyyat, inşaat, enerji və yeraltı sərvətlərin işlənməsi sahələrində əməkdaşlıq etmək istəyirik".
Qeyd edək ki, Əfqanıstanı ələ keçirən “Taliban” ölkənin 1 trilyon dollar dəyərində zəngin yeraltı sərvətlərinə də sahib olub. Verilən məlumatlara görə, “Taliban” həmin yataqları istismara verə bilsə, dünyanın ən kasıb ölkələrindən olan Əfqanıstanı dünyanın ən varlı ölkələrindən birinə çevrilə bilər. 2010-cu ildə ABŞ-ın ölkədəki araşdırmaları nəticəsində dəmir, mis və qızıl kimi mədənlərlə yanaşı Əfqanıstanın dünyanın ən böyük litium yataqlarından birinə sahib olduğu da ortaya çıxdı. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə istifadə olunan texnologiyanın əsasını təşkil edən litium, təkrar doldurulan cihazlarda və batareyalarda da istifadə olunur.
Xatırladaq ki, "Taliban" bir neçə həftə ərzində Əfqanıstanın müxtəlif bölgələrini tuta bildi. Daha sonra 15 avqustda Kabilin ələ keçirilməsi ilə ölkə tamamilə "Taliban"ın nəzarətinə keçdi.