Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rafiq Əliyev: “Allahın elmə nə dəxli var deyə düşünənlər bəlkə də nadanlardı” - MÜSAHİBƏ

Rafiq Əliyev: “Allahın elmə nə dəxli var deyə düşünənlər bəlkə də nadanlardı” - MÜSAHİBƏ
1-05-2021, 14:42 561 dəfə baxılıb

Rafiq Əliyev: “Allahın elmə nə dəxli var deyə düşünənlər bəlkə də nadanlardı” - MÜSAHİBƏ


  • HƏMSÖHBƏT
  •  
  • 29 apr 2021, 15:30
  •  
  •  2280

Dünya şöhrətli alim Rafiq Əliyev vetenim-Azerbaycandir.az  müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

- Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağa, Ağdama getmisinizmi?
- Yox, getməmişəm. Mənəvi istək çoxdur gedim, amma hələ ki, qanunlar buna imkan vermir. 

- Qarabağ, Ağdam deyəndə hislərinizi, yaşadığınız duyğuları öyrənmək istəyirik...
- Ağdam mənim qibləgahımdır. Vətən doğulduğun komadan başlayır. Dövlət sənin ailəndən başlayır. Əgər ailə institutu yoxdursa, dövlət yoxdur. Əgər sənin koman yoxdursa, sənin vətənin yoxdur, vətəndə qəribsən. Mənim Ağdam haqqında hislərim həmişə belə olub. Oxuyanda deyirlər, Ağdam toy otağıdır. Yox, elə deyil. Ağdamdan bir Xudu Məmmədov bəsdir. Ağdamdan Famil Mehdi, Şahmar Əkbərzadə, Ziyəddin Göyüşov çıxıb.

- Rafiq Əliyev çıxıb.
- (Gülür) Yox, yox. Saymaqla qurtaran deyil, elm adamları, nə qədər generallar çıxıb. Kimsə nə vaxtsa deyib ki, Ağdamdan ancaq oxuyanlar çıxır, elə deyil. Ən çox Milli Qəhrəman və ən çox şəhid verən rayondur. Ağdamı tək oxuyanlar kimi qələmə vermək olmaz.

- Rafiq müəllim, Vətən müharibəsi, şəhidlərimiz, qazilərimiz, müharibə dövründə insanlarımızın birliyi, 30 illik həsrətə son qoyulması... Hansı hisləri, duyğuları yaşadınız?
- Birinci Qarabağ müharibəsi vaxtında Ağdama getmişdim. Rəhmətlik Murtuzayev (Sadıq Murtuzayev – 1980-1988-ci illərdə Ağdam rayon Partiya Komitəsinin birinci katibi olub – red.) bizi Xıdırlı kəndinə apardı. Deməli 12-13 yaşlarında bir uşağın anası iflic idi, həmin uşaq gedirdi erməni kəndi ilə Xıdırlı kəndinin arasında növbə çəkirdi ki, birdən erməni gələr,  kəndə girər. Getdik evə baxdıq, ev köhnə bir koma idi. Tam mübaliğəsiz qəbul edin, səhəri gün getdim, Xıdırlı kəndinin camaatı həmin o uşağa görə orda iki mərtəbəli ev tikmişdi. O vaxt da birlik var idi. Mən Vətən müharibəsini zəka müharibəsi adlandırıram. Burda həm təbii zəka var idi, həm də süni zəka. Təbii zəka o idi ki, masa arxasında strategiya çox düz seçilmişdi. Süni zəka isə, İsrail dronları, Bayraktar o vaxt yox idi. 
Çox şükürlər olsun ki, zəka müharibəsində torpaqlarımız işğaldan azad olundu. Şükür eləmək istəyirəm ki, hər şey axıra çatsın.

- Sizcə, bu problem birdəfəlik həll olundu?
- Mən sözümü dedim axı, hər şey axıra çatsın. Dünya qarışır. Bilirsiz, istək başqa şeydi, reallıq başqa şeydi. Sual verdiniz ki, “birdəfəlik həll oldu?”, elə bilirsiz, axıra çatmaq asan məsələ idi? Yox. Gəlin Allaha şükürlər edək ki, axıra çatsın.

- Bunun üçün nə lazımdır?
- Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin: “Axı dünya fırlanır”. Mən bəzi sözləri bəzən ezop dilində deyirəm. Bilmirəm oxuculara aydındı, yoxsa yox.

- Torpaqlarımız işğaldan azad olundu, indi bizim nəyimiz çatmır?
- Problemimiz, Xocalı, Xankəndi… Gəlin belə danışaq, tam deməyək, çünki belə arxayınlaşmamalıyıq. Qarşıda bizi çox məsələlər gözləyir.

- Bugünlərdə xəstəxana rəhbərləri rüşvət alma iddiaları ilə həbs olundular. Səhiyyəmizlə bağlı fikirlərinizi bilmək istərdik.
- Mən əvvəllər də demişəm, yenə deyirəm, mənim ümidim, siz gənclərədir, sabahadır. Yadınıza gəlirsə xarici universitetlərə tələbə göndərilməsi proqramı var idi, sonra bağlandı. Onda bir yazı yazmışdım, tutaq ki, müəllim, mühəndis və s. lazım deyil. Heç olmasa 10 minlərlə gəncimizi tibb sahəsində dünya universitetlərinə, klinikalarına göndərmək lazımdır. Onlar 10-15 ildən sonra qayıdıb gələcəklər və düzələcək. Getmədilər, göndərmədik, gərək göndərəydik. Hər şeyi kadr həll edir.
Məsələn, bizim çox yaxşı klinikalarımız var. Kim işləyir oralarda? Əgər vaxtilə tibb sahəsində dünyaya tələbələrimizi göndərsəydik… Müəyyən bir hissə getdilər, oxudular. Müxtəlif burslarla, müxtəlif kanallarla getdilər. Estetik cərrahiyə, uzaq başı ürək cərrahiyəsi, ya burun, qulaq, boğaz həkimliyi oxumaq üçün getdilər. Bir nəfər virusoloq getdi? Yox. Bunların hamısını planla həll etmək lazım idi. Axı tibbin bütün sahələri var. Estetik cərrahiyəyə niyə gedirik? Nədənsə bunun qarşısında dura bilmirik, bilmirəm niyə dura bilmirik. Yəni artıq burda acizəm. Niyə dura bilmirik? Bilmirəm. Bildiniz də nəyin qarşısında?..

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI