21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Vətən Müharibəsi Qəhrəmanının qızı Şuşada - Foto
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqusun 17-də Şuşanı ziyarət edən diaspor nümayəndələri arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, şəhid Ramiz Cəfərovun qızı, hazırda Polşada təhsil alan Nigar Cəfərova da olub.
Komitədən "Qafqazinfo"ya verilən məlumata görə, Ramiz Cəfərov özü də xaricdə, 1974-cü ildə Ukraynanın Donetsk vilayətinin Makeevka şəhərində dünyaya göz açıb. Orta məktəbi isə Sumqayıtda bitirərək, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və 1992-1996-cı illərdə V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb.
40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Ramiz Cəfərov noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.
Ramiz Cəfərovun Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalıb. Atasının azadlığı uğrunda şəhid olduğu torpaqları ziyarət etmək Nigarın ən böyük arzusu olub.
Məhz Diasporla İş üzrə Dövlət Komitəsi şəhid övladının bu arzusunu gerçəkləşdirib. O, Şuşada - Cıdır düzündə Azərbaycan bayrağına sarılaraq, əlində atasının portreti ilə şəhid Ramiz Cəfərovun və bütün şəhidlərimizin xatirəsini anıb.
Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların erməni millətçiləri tərəfindən Qarabağda törədilən vəhşilikləri gözləri ilə görməsi və yaşadıqları ölkələrin cəmiyyətinə çatdırması məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsi Bakıda olan diaspor nümayəndələrinin ikinci qrupunun işğaldan azad olunmuş Şuşa şəhərinə səfərini təşkil edib.