Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıya daha bir təyyarə reysi açıldı – QİYMƏTLƏR 10-20 AVRODAN BAŞLAYIR

Bakıya daha bir təyyarə reysi açıldı – QİYMƏTLƏR 10-20 AVRODAN BAŞLAYIR
17-08-2021, 20:30 230 dəfə baxılıb

Avqustun 14-dən “Wizz Air Abu Dabi” aviaşirkəti Abu-Dabi–Bakı–Abu-Dabi reyslərinə başlayıb.
FED.az xəbər verir ki, “Wizz Air Abu Dabi” aviaşirkəti ilk Abu-Dabi–Bakı reysini yerinə yetirib.   
ABŞ Səfirliyindən viza ilə bağlı - AÇIQLAMA
“Airbus321-100” markalı təyyarə Bakı vaxtı ilə saat 21:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təyyarə ənənəvi olaraq su arkası ilə qarşılanıb.
Dövlət Turizm Agentliyi AZAL-dakı qiymətlərlə bağlı İnvestisiya Holdinqinə müraciət edib
Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək. Biletləri “wizzair.com” saytından əldə etmək mümkündür. 
İş, səyahət, üstəlik 10 min dollar da qazanc – «Work and travel» Necə İşləyir? – MÜSAHİBƏ
Bir tərəfə uçuş bileti 10-20 avrodan başlayır. Ən ucuz bileti heç bir yük və əlavə xidmətlər olmayan uçuşa görə əldə etmək mümkündür. Amma təyyarədə yerlər tutulduqca qiymətlər artır. 
“Jiquli” ilə gələnə bir qiymət, “Bentli” ilə gələnə digər qiymət deyirlər"
Belə ki, sentyabrın 18-i Bakıdan Abu-Dabiyə, 25-i isə əks istiqamətdə ən ucuz biletlərin qiyməti müvafiq olaraq 30 avro və 15 avrodur. Bu reyslərə standart bilet müvafiq olaraq 76 avro və 62 avro, bütün xidmətlərin daxil olduğu «full» bilet isə 100 avro və 85 avro arasındadır. 
Ən maraqlısı odur ki, bu şirkət vasitəsilə Abu-Dabidən keçməklə ucuz qiymətə Budapeştə də uçmaq mümkündür. 
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Wizz Air Abu Dabi” şirkəti Abu-Dabidən müxtəlif istiqamətlərə uçuşlar edir.
Azərbaycanda istirahət - Niyə Bahadır?

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI