00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
Elman Paşayev: “Cənab Vahabzadə haqlı deyil, amma o, Jirinovskini öz sözləri ilə yerinə otuzdurdu” - MÜSAHİBƏ - VİDEO
Son günlər Azərbaycan-Rusiya münasibətlərində çox kritik dönəm yaşanır. Rusiya sülhməramlılarının öhdəliklərini yerinə yetirməməsi, Qarabağ ərazisinə silahlı ermənilərin daşınmasına və yeni mövqelər qurulmasına göz yumması, Azərbaycan ictimaiyyətini qəzəbləndirib. Azərbaycan Müdafiə Nazirliyi də haqlı olaraq Rusiya tərəfinə irad tutaraq, öhdəliklərin düzgün yerinə yetirilməsini tələb edib.
Digər tərəfdən, Rusiyanın Liberal Demokratlar Partiyasının sədri, qalmaqallı və ermənipərəst mövqeyi ilə tanınan Vladimir Jirinovskinin Azərbaycan prezidenti və dövlətçiliyi əleyhinə təhqiramiz və hədə dolu bəyanatlar səsləndirib. Azərbaycan XİN-i də Rusiya tərəfinə nota verərək, qonşu ölkəni Jirinovskinin “ipini çəkməyə” çağırıb.
Jirinovskinin bəyanatından təxminən 10 gün sonra böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadə heç də doğru olmayan tərzdə Jirnovskiyə cavab verdi. İ. Vahabzadə rus xalqı və rus dövlətini sərt formada tənqid və hətta təhqir edib. Azərbaycan ictimaiyyəti də haqlı olaraq keçmiş səfirə etiraz edib.
Bir məqam da maraqlıdır ki, Azərbaycan tərəfi Vahabzadənin təhqirinin geniş yayılmasının qarşısını almağa çalışsa da, Rusiya tərəfi Jirinovskinin təhqirlərinin qarşısını almır. Hətta RLDP liderinə federal kanallar vasitəsilə imkan yaradılır.
Bəs İsfəndiyar Vahabzadə nədən belə bir sərt və təhqiramiz bəyanatla çıxış edib? Özünün tolerantlığı, digər millətlər və dinlərə qarşı nümunəvi dözümlülüyü ilə məşhur olan Azərbaycan xalqının bir parçası olan keçmiş səfiri təhqirə keçməyə nə vadar edib?
Bu sualla tanınmış vəkil, Rusiyada fəaliyyət göstərən və Rusiya vətəndaşı olan azərbaycanlı Elman Paşayevə müraciət etdik.
“Sanki ermənilər Rusiya xalqının taleyini müəyyən edir”
- Elman müəllim, siyasi proseslərdə aktiv iştirak etmiş bir azərbaycanlı kimi, həmyerlimiz kimi bu vəziyyəti necə qiymətləndirirsiniz? Rusiya KİV-i nədən Azərbaycana qarşı ən kəskin mövqe tutub?
- Bilirsiniz, mənim iki vətənim var. Biri həddindən artıq sevdiyim Azərbaycan, digəri isə hazırda işlədiyim və yaşadığım Rusiyadır. Azərbaycana və Rusiyaya toxunan istənilən məsələ mənim üçün də ağrılıdır. Amma hazırda iki dövlət arasındakı münasibətlərdə böyük problem var. Azərbaycan kimi Rusiya da çoxmillətli ölkədir. Təəssüflər olsun ki, Rusiyada əksər tanınmış, hətta dövlət KİV-ində çox sayda erməni mütəxəssislər, jurnalist və aparıcılar və ya ermənilərin maraqlarına xidmət edən, onların istəklərini yerinə yetirən şəxslər çalışır. Onlar səhərdən-axşama kimi Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərini necə korlaya biləcəklərini üzərində düşünürlər. Vladimir Solovyov kimi şəxslərin verilişi də daxil olmaqla bütün kanallar Azərbaycan və Türkiyə barədə danışır. Və sanki ermənilər Rusiya xalqının taleyini müəyyən edir. Amma bu haqqı onlara heç kim verməyib.
Rusiyadakı bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına çalışırlar. Rusiya Federasiyası ərazisində ermənilər istər azərbaycanlıya məxsus olsun, istərsə də türkə, istənilən nalayiq və ya xoşagəlməz fikirdən əleyhimizə faydalanmağa çalışırlar”.