17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Eldar Həsənovun səhhəti KRİTİK DURUMDADIR... - Vəkildən MÜRACİƏT
9-08-2021, 10:12
Hazırda həbsdə olan sabiq baş prokuror Eldar Həsənovun sağlıq durumu yenidən pisləşib.
DogruXeber.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, 08 avqust 2021-ci il tarixdə səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicələnmə nəticəsində huşunu itirmiş və üzü üstə yerə yıxılmışdır:
”Bunun nəticəsində bədənində təhlükəli olmayan zədələr yaranmış, xoşbəxtlikdən başından hər hansı zədə almamışdır. Tibbi yardım göstərilsə də başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmamışdır və həkimlər bunun həyəcan verici siqnal olduğunu bildirmişlər.
Həmin gün saat 11-30 radələrində mənimlə və müstəntiqlə görüşə Eldar Həsənovu artıq əlil arabasında gətirilmişdir. Özünün bildirdiyinə görə həkimlər onun bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər.
Bax beləcə vaxtında tibbi yardım göstərilməməsinə görə insanın bu duruma salınmasının şahidi olduq.
Baş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbsiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq.
Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və növbəti dəfə “Eldar Həsənovu artıq itirdik” xəbəri yaymayacağıq.
Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir.