17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
YAP-a birləşən partiyalara üzvlük vəsiqələri verildi
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da xüsusi vurğulanmalıdır.
Qarşımızda böyük vəzifələrin dayandığını deyən YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, bu vəzifələrin yerinə yetirilməsi üçün daha da güclü olmalıyıq. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üçün də yeni prioritetlər mövcuddur. Partiyanın hazırlanan yeni proqramında da bu prioritetlər geniş şəkildə öz əksini tapacaq. Prioritetlər sırasında Azərbaycana dost olan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Buna nümunə kimi YAP və AK Parti arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolunu və hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini vurğulamaq yerinə düşər.
Tədbir iştirakçılarından Azərbaycan Yurddaş Partiyasının sabiq sədri Gülayə Səfərova, Azərbaycan Kəndli Partiyasının sabiq sədri Məmməd Məmmədov və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sabiq sədri Qasım Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvləri kimi üzərlərinə düşən vəzifələri layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.