21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
"Vaksinin qəbul olunması artıq məcburi forma almalıdır" - KOMİTƏ ÜZVÜ AÇIQLADI
Operativ Qərargah tərəfindən hansı qərarlar qəbul olunursa, onun arxasında insanların sağlamlığı durur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, dövlət daim birinci növbədə, xüsusilə də cənab Prezident həmişə insanların sağlamlığını dövlətin prioritet məsələlərindən biri hesab edir: “Ona görə də bu gün əgər, koronavirus bütün dünyanı zəbt edibsə, əsasən də dünya əhalisi bundan qurtula bilməyibsə, müəyyən qadağalar, müəyyən qapanmaların olması labüddür. Ona görə də sentyabr ayının 1-dən bir sıra obyektlərə, ticarət mərkəzlərinə daxil olmaq üçün Covid pasportunun tələb olunmasına təbii yanaşıram. Çünki ticarət mərkəzlərinə insanlar kütləvi şəkildə axın edir. Bu da xəstəliyin yaranması üçün şərait yaradır”.
Kamilə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ÜST bildirib ki, vaksin zərərsizdir: “Bu gün bütün dünya da vaksindən istifadə edir. Bu gün bizim koronavirusdan qurtulmağımızın yeganə yolu qaydalara riayət etmək və vaksin vurdurmaqdır. Bizim bundan başqa çıxış yolumuz yoxdur. Ona görə də, vaksinin qəbul olunması düşünürəm ki, artıq məcburi forma almalıdır. Elə insanlar var ki, TƏBİB tərəfindən, Səhiyyə Nazirliyi tərəfindən də dəfələrlə bildirilib ki, müəyyən allergiyası olan insanlar vaksin vurdurduqdan sonra müəyyən əks təsirlə üzləşə bilər. Düşünürəm ki, allergiyası olan və bu əks-təsirə qarşı hallar həkim tərəfindən müəyyən olunubsa, həmin insanlara müəyyən bir arayış verilməlidir. Çünki əgər, həmin insan vaksin vurdura bilmirsə, vaksinə qarşı əks göstəricisi varsa və həkim də bunu təsdiq edibsə, həmin insanlara arayış verilə bilər”.