21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
SON DƏQİQƏ: Ərdoğan rəsmən Kipr Türk Dövlətini elan etdi – “Kipr Türk Dövlətinin geniş şəkildə tanınması üçün fəaliyyətə başladıq”
“Kiprli qardaşlarımız onları aldadanların yalan və saxta vədlərinə inanmır. Kiprli türklərin tək tələbi suveren dövlət statusunun tanınmasıdır. Yunanıstan və kiprli yunanların verdikləri sözləri pozmalarından sonra, onları müdafiə edənlərin deyəcəkləri bir şey qalmayıb.”
Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Kipr Türk Dövlətinin tanınması üçün fəaliyyətə başladıqlarını bildirib.
“1963-cü ildən bu yana Kipr türklərinə qarşı haqsızlıq, hüquqsuzluq edən yunanlardır. BMT tərəfindən başladılan Annan Planı daxil olmaqla bütün cəhdlərə xeyir deyən yunanlardır. Masadan qaçan yenə də yunanlardır. Adanın zənginlik və imkanlarını sadəcə özlərinə istəyən yenə də yunanlardır. Artıq bizim bu mənasız prosesi davam etdirməyə bir səbəbimiz qalmayıb. Artıq bizim üçün Şimali Kipr-Cənubi Kipr deyə bir olay qalmayıb. Kiprli türk qardaşlarımızı qərarlı gördüm. Kipr Türk Dövlətinin geniş bir şəkildə tanınması üçün hər cür səy göstərəcəyik”, deyə Ərdoğan qeyd edib.