16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
nformatika sahəsində dünya üçüncüsü olan azərbaycanlı – FOTO
Səid Nəsibov: “Müəllimin köməyi ilə deyil, öz səylərimlə hazırlaşıram”
“Kaspi” qəzeti xəbər verir ki, 10-cu sinifdə oxuyur. Riyazi bilikləri, məntiqi ilə həmyaşıdlarından seçilir. Məhz bu biliklər ona dəfələrlə qalib statusunu qazandırıb. Müsahibimiz Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizə üçüncülük gətirən Səid Nəsibovdur.
90 ölkədən 351 şagirdin qalibi…
Səid Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxuyur. 90 ölkədən 351 şagirdin iştirak etdiyi 33-cü Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal qazanıb. Bu, Səidin bu il qazandığı ilk medal deyil. O, “Qış Onlayn Kvest”ində Azərbaycan komandasının daxilində dünya üzrə birinci yer, Beynəlxalq STEM Olimpiadasında ölkə üzrə beşinci yer, SASMO (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) və Respublika Fənn Olimpiadalarında ölkə üzrə birinci yer tutub.
Səidi fərqləndirən xüsusiyyətlərdən biri də olimpiadalara müəllimlərlə deyil, tək hazırlaşmağıdır. O, fərdi müəllimlə, yaxud kurslarda hazırlaşmağı vaxt itkisi hesab edir:
“Valideynlərim müəllimlə, fərdi şəkildə hazırlaşmağımı istəyirlər. Müəllim məktəbdə onsuz da lazımi bilikləri verir. O biliklərlə hər bir şagird hazırlaşıb, istədiyi nailiyyəti əldə edə bilər. Mənim öyrənmək istədiklərimlə, fərdi, yaxud kurs müəlliminin mənə öyrətmək istədikləri fərqli ola bilər. Çərçivələri sevmirəm. Məhdud vaxtla müəllimin təyin etdiklərini deyil, nəyi araşdırmaq istəyirəmsə, onları tapıb öyrənməyin tərəfdarıyam”.
“Uduzmaqdan qorxmuram”
Həmsöhbətimiz deyir ki, yarışlarda iştirak etmək onda rəqabət hissini formalaşdırır:
“Olimpiada ilə məşğul olmaq böyük zəhmət və səbir tələb edir. Ən əsası isə uduzmaqdan qorxmamalısan. Mən dəfələrlə yer tutmur, özümdən güclü uşaqlarla yarışırdım. Amma bu motivasiyamı salmırdı. Əksinə, məqsədim qətiləşirdi ki, mən qalib gəlməliyəm. Həmçinin valideynlərimə də sübut etmək istəyirdim ki, fərdi müəllim yanına getmədən də qalib ola bilərəm”.
“Riyaziyyat onun üçün oyun idi”
Səidin anası Lətifə Nəsibova deyir ki, Səid uşaqlıqdan riyaziyyatçıdır:
“Səid hələ ana bətnində olanda universitetdə təhsil alırdım. Çoxlu kitablar oxuyurdum. Hətta çin dilini də öyrənirdim. Həmişə mənə deyirdilər ki, uşaq ana bətnində ananın bütün oxuduqlarını duyur, hiss edir. Bəlkə də düz deyil, amma mən buna riayət edirdim. Dünyaya gələndən sonra da aldığımız oyuncaqlarda belə maarifləndirici, məntiqlə bağlı xüsusiyyətlər olurdu. Səid də öyrənməyə meyilli idi. Çox tez öyrənirdi və yeni biliklər tələb edirdi. Puzzle, legolarla oynamağı sevirdi. Riyaziyyat onun üçün oyun idi. Yolda maşında gedəndə, atası ilə birlikdə ancaq hesablayırdı. Məsələn, rəsmə, humanitar fənlərə meyilli deyildi. Riyaziyyatdan isə oyun kimi həzz alırdı. Gördüyü hər şeyi avtomatik hesablayırdı”.
Orada ancaq kitab olsun…
Ananın sözlərinə görə, Səid daim araşdırır, öyrənir:
“Səid çox qəribə uşaqdır. Biz xarici ölkələrə çox gedirdik. Səidi ən çox maraqlandıran getdiyimiz ölkədə kitabxanalar idi. Həmişə deyirdi ki, mənim bir otağım olsun, orada ancaq kitab olsun. Bakıda da hansı kitabxananın önündən keçiriksə, Səid mütləq baxmalıdır. Daim axtarışdadır”.
“Səiddən qalibiyyət gözləmirdim”
Lətifə xanım Səidi olimpiadaya hazırlaşdırmaq üçün fərdi müəllim yanına göndərmək istəsə də, övladını heç vaxt razı sala bilməyib. Xüsusi hazırlaşmadığı üçün də övladından qalibiyyət gözləməyib:
“Sözün düzü, gözləmirdik. Çünki mən hər dəfə çalışırdım ki, hansısa hazırlıq kursuna getsin. Səid bunun əleyhinədir. Deyir ki, mən öz qrafikimi özüm quracağam. Olimpiadaya müraciət edərkən maraqlandım ki, Təhsil Nazirliyinin şagirdləri fənn olimpiadalarına hazırlaşdıran qrupları var. Mənə dedilər ki, uşaq o qrupda hazırlanmalı, fənn olimpiadasına getməli, sonra beynəlxalq olimpiadalarda iştirak etməlidir. Hətta Səidi bu qrupa da götürmürdülər ki, uşaq 7-8-ci sinifdən intensiv məşğul olmalıdır. Səidə inanıb hazırlaşdırdıqları üçün nazirliyə və Rəşad müəllimə təşəkkür edirəm. Oradakı şagirdlərdən geridə olsa da, bir ilə hazırlaşıb bu nəticəni verdi”.
“Məqsədim qalibiyyət idi”
Səid deyir ki, Nazirliyin hazırlıq qrupundakı uşaqlar ondan güclü olublar:
“Gördüm ki, hər kəs məndən öndədir. İlk illər çətin idi. Amma onlara çatmaq üçün çalışdım. Məqsədim qalibiyyət idi. Onu da əldə etdim”.
Səidin hədəfi daha çox yarışlarda iştirak edib, qızıl medalı gətirməkdir:
“Çalışacağam ki, qarşıdakı illərdə olimpiadaya yenidən qatılıb qızıl medal əldə edim. Gələcəkdə dünyanın “TOP-10”una düşən universitetlərindən birində oxumağı düşünürəm. Yəqin ki, alacağım təhsil kompüter mühəndisliyi və informasiya texnologiyaları üzrə olacaq. Kumirim Stiv Cobsdur. Mən də Azərbaycanın Stiv Cobsu olacağam”.
Səid həm də www.bakuwithkids.com saytını yaradıb və bu layihə ilə STEP IT Academy tərəfindən dünya üzrə təşkil edilən Beynəlxalq “Qızıl Bayt” yarışmasında ikinci yeri tutub:
“Bu saytda uşaqlar üçün maraqlı ola biləcək məkanları tapa bilərsiniz. Akademiyada təhsil aldığım bir neçə il ərzində anladım ki, proqramlaşdırma sahəsində özümü inkişaf etdirmək istəyirəm”.
Səidin ən böyük dəstəkçisi valideynləri olub. Deyir ki, o, məhz valideynləri ilə söhbətlərdən sonra uğursuzluqdan qorxmayıb.
Valideyn üçün ən pis yol…
Lətifə xanım deyir ki, əksər valideynlərin etdiyi ən böyük səhv öz arzularını uşaqların üzərində tətbiq etmək istəyidir:
“Bu, ən pis yoldur. Uşaq da bir fərddir. Onun istəklərinə riayət etmək lazımdır. Uşaq öz qərarlarını verməlidir. Məsələn, biz deyirdik ki, uşaqlar doqquzda yatsınlar. Uşaqlar araşdırırlar, arqumentlərlə gəlirlər ki, bu yaşda uşaq filan qədər yatmalıdır. Hansısa qərar qəbul edəndə evdə seçki keçiririk və qərar qəbul olunur. Uşağın fikri, qərarı, istəkləri çox əhəmiyyətlidir. Əgər haqlı olduğunu sübut edə bilirsə, deməli, onun qərarı ilə hərəkət etməliyik”.
“Sən bizim qalibimizsən”
Həmsöhbətimiz vurğulayır ki, valideyn tərəfindən uşağa təzyiq olmamalıdır:
“Düzdür, hər bir valideyn övladı ilə fəxr etmək , övladının qalib olmasını istəyər. Səiddə də axırıncı gün həyəcan var idi. Biz ona deyirdik ki, sən bizim qalibimizsən. İnsanın həyatında müəyyən etaplar olur. Heç bir uğursuzluq dünyanın axırı deyil. Biz özümüz də universitetə sənəd verəndə düşünürdük ki, qəbul olmasaq, dünyanın sonudur. Bu, sadəcə, bir mərhələdir. Burada alınmasa, ola bilsin ki, uğur başqa yerdədir. İki övladım var. Səid oxumağa meyillidir, olimpiadaçıdır. Digəri kreativ uşaqdır. Uşağın ürəyincə nədirsə, onu etməlidir. Valideyn uşağa özünü kəşf etməyə kömək etməlidir. Mən görsəm ki, uşaq rəssamdır, istedadlıdır, onu dəstəkləyəcəm. Valideyn uşağın dostu olmalı, sən bunu etməlisən deməməlidir. Elə şərait yaratmalıdır ki, uşaq soruşmalıdır ki, siz mənim yerimdə olsaydınız nə edərdiniz? Biz övladlarımızın arxasında dayaq rolunu oynamalı, yol göstərməliyik. Savadlı olsa da, olmasa da…”.