Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünyanın əksər dövlətləri II Qarbağ savaşının nəticəsini qəbul edir

Dünyanın əksər dövlətləri II Qarbağ savaşının nəticəsini qəbul edir
16-07-2021, 01:00 190 dəfə baxılıb

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir və gələcək nəsillər bu tarixin hər anından qürur duyacaqlar.   Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 
  
 Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında yer alan fikirlər bir daha Azərbaycan dövlətinin gələcəyə böyük ümidlərlə baxdığını, azərbaycanlıların öz tarixi yurd yerlərinə qayıtmaq əzmində və gücündə olduğunu təsdiqləyir:
  
 “Azərbaycan xalqının qəhrəman oğulları döyüş meydanında işğalçı ordunu darmadağın etdilər, şəhidlərimizin qisasını aldılar, misli görünməmiş döyüş bacarığı, rəşadət nümayiş etdirdilər. Cənab Prezidentin də öz çıxışında qeyd etdiyi kimi, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Müzəffər Azərbaycan Ordusu, şübhəsiz ki, bundan sonra daha da güclənəcək, ən müasir silah-sursat, hərbi texnika ilə təchiz olunacaqdır. Azərbaycan dövləti bütün təhlükələrə qarşı önləyici tədbirlər alıb və istənilən revanşçı niyyəti yerindəcə məhv edə bilər. Azərbaycanlılar öz tarixi torpaqlarına mütləq qayıdacaqlar. Qərbi Zəngəzura da, digər ərazilərə də... Bizim iradəmizin qarşısını heç kim ala bilməz. Çünki biz haqlıyıq, həm də güclüyük”.  
  
 Azər Kərimli azsaylı istisnalar olmaq şərtilə, dünyanın əksər dövlətlərinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərin legitimliyini tanıdığını, İkinci Qarabağ savaşının nəticələrini qəbul etdiyini bildirib:
  
 “120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının bəyanatında postmünaqişə dövründən danışılması, müharibənin nəticələrinin qəbul edildiyinin təsdiqidir. 
  
 Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransındakı çıxışında da Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə son qoyduğunu bir daha bəyan etdi. Qoşulmama Hərəkatının bəyanatı və bu quruma üzv ölkələrin ərazi bütövlüyümüzə münasibətdə sərgilədikləri mövqe, Prezident İlham Əliyevin diplomatik məharətinin, iti zəkasının bariz nümunəsidir”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI