01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
İordaniyalı akademik ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən yazıb
Qahirə, 12 iyul, AZƏRTAC
İordaniyalı akademik və jurnalist Mərvan Musa Sudah “əl Anbat” qəzetində əvvəllər mövcud olmuş Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci ildə təsis edilmiş və həmsədrləri Fransa, Rusiya və ABŞ olan qrupun fəaliyyətinin səmərəsizliyi təhlil edilir. “ATƏT-in Minsk qrupu uğursuzluğa düçar oldu və fəaliyyətini dayandırdı” sərlövhəli məqalədə müəllif qeyd edir ki, əsas funksiyası Azərbaycan torpaqlarının işğaldan azad olunmasını təmin etmək və BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsini yerinə yetirmək olan Minsk qrupu, əslində, münaqişənin dondurulması ilə məşğul olub. M.Sudah vurğulayıb: “Otuz ilə yaxın erməni lobbisinin təsiri altında münaqişənin dondurulması istiqamətində və işğalçı dövlətin maraqlarına uyğun fəaliyyət göstərən ATƏT-in Minsk qrupu torpaqları işğal olunmuş, öz doğma yurdlarından didərgin salınmış azərbaycanlıların qanuni tələblərinin yerinə yetirilməsi üçün cüzi iş belə görə bilmədi. Lakin həmin müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində iqtisadi tərəqqi dövrünü yaşayan, Silahlı Qüvvələri daha da qüdrətli olan, ən müasir silah və texnika ilə təchiz edilən Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etmək istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Məhz bunun nəticəsində ötən il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən müharibədə Azərbaycan Ordusu işğalçı ölkənin silahlı qüvvələrini darmadağın etdi, torpaqlarını azad edərək BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özü yerinə yetirdi”.
ATƏT-in Minsk qrupunun rəsmi Bakının etimadını itirdiyini diqqətə çatdıran müəllif yazır ki, bütün bunlara rəğmən Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində bütün ölkələrlə, o cümlədən qrupun həmsədrləri ilə sıx əməkdaşlıq etmək niyyətini ifadə edib.