13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
“Biz vahid xalqıq” - Putin Ukraynadan yazdı
Rusiya Prezidenti Vladimir Putin rusların və ukraynalıların tarixi birliyi haqqında məqalə yazıb.
“Qafqazinfo” xəbər verir ki, məqalə Kremlin saytında dərc olunub. Məqalə, həmçinin, Ukrayna dilində çap olunub. Rusiyalı lider məqaləsində qeyd edir ki, son illər iki dövlət arasında hörülmüş divarlar bədbəxtlik və faciədir:
“Bunlar, ilk növbədə, müxtəlif dövrlərdə etdiyimiz səhvlərimizin nəticələridir. Həm də həmişə birliyimizi sarsıtmağa çalışan qüvvələrin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Tətbiq olunan düstur qədim zamanlardan bəri məlumdur: parçala və hökmranlıq et. Yeni bir şey yoxdur”.
Putinin sözlərinə görə, Ukrayna və Rusiya onilliklər boyu vahid iqtisadi sistem kimi inkişaf edib. Avropa İttifaqı belə hər iki respublikanın 30 il əvvəl yaranan kooperasiyasına həsəd apara bilər.
Rusiya dövlət başçısı ölkəsinin Ukrayna ilə dialoqa açıq olduğunu və bütün mürəkkəb məsələləri həll etməyə hazır olduğunu deyib.
“Biz birlikdə dəfələrlə güclü və daha uğurlu olmuşuq və olacağıq. Axı biz vahid xalqıq. Bir şey söyləyəcəyəm: Rusiya heç vaxt “anti-Ukrayna”olmayıb və olmayacaq. Ukrayna necə dövlət olacaq- buna vətəndaşları qərar verəcək”, - deyə Putin məqaləsində yazıb.