13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“Ermənistanla bağlanacaq sülh sazişinə qarşıyam, çünki...” - Sabiq nazir
Zəngəzur dəhlizi deyəndə siz orada dəmir yolu da fikirləşə bilərsiniz, eksteritorial bir zolaq da düşünə bilərsiniz. İnsanlar var ki, Zəngəzur bölgə kimi fikirləşir. Çünki təxminən 100 il bundan qabaq bu torpaqlar qeyri-qanuni və ədalətsiz tərzdə Ermənistana verilib”.
Yenisabah.az xəbər verir ki, bu sözləri eks xarici işlər naziri Tofiq Zülfüqarov canlı yayımların birində səsləndirib.
Onun fikrincə, biz öz mövqeyimizi konkretləşdirməliyik:
“Məsələyə baxışı daha konkret eləmək üçün gərək baş vermiş geosiyasi dəyişiklikləri dərk eləyək. Birincisi, Ermənistanda bizə qarşı heç bir təhlükə yoxdur və yarana bilməz. Ermənistan qarşısında böyük bir təhlükə əmələ gəlib. 80 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan. Həm hərbi, həm iqtisadi-siyasi faktor kimi biri bu tərəfdə, o biri digər tərəfdədir. Demək ki, hər tərəfdədirlər. Bu baxımdan, baxış və mövqelərimiz də fərqli olmalıdır.
Bəzən deyirik ki, tələb olunmnalıdır ki, sülh sazişi olsun. Cənab Prezident də bu barədə dedi. Amma ictimaiyyətdə buna qarşı bəzi fikirlər var. Açıq deməliyik. Camaat deyir ki, Zəngəzur torpaqları bizə qaytarılmasa, sülh sazişi nəyə lazımdır? Bizim gücümüz var.
Niyə kimdənsə minnət istəməliyik ki, bizə dəmir yolu versinlər? Bu baxışlar üçün də geopolitik əsaslar əmələ gəlib.
Mən sülh sazişinə qarşıyam. Nəyə lazımdır bizə sülh sazişi, ona görə ki, sərhədlər təsbit olunsun. Nəyə görə? Ədalətsiz sərhədlər hansı ki, sovet vaxtında formalaşıb ki, ermənilərə bu torpaqlar verilir. İndi biz bu gücdə ola-ola bu saziş nəyimizə lazımdır? Bəs təzminat məsələsi nə şəkildə həll olunacaq? Təzminatı yaddan çıxartmayaq. Təzminat məsələsi həll olunmasa necə sülh sazişi bağlayacaqsınız? O da qəbuledilməzdir”