17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Şəhidin möhtəşəm abidə açılışı: Tədbirdə kimlər iştirak etdi?! // VİDEO
DogruXeber.az: - İkinci vətən müharibəsi bizə çox böyük acılar yaşatdı. Neçə-neçə igidlərimiz torpaq uğrunda canını verib, şəhidlik zirvəsinə ucaldı, sağ qalanları isə kimisi yarı canından olub "qazi" adı qazandı, kimisi də gördüklərinin, yaşadıqlarının təsiri ilə psixoloji travma aldı, sağlamlığından oldu.
Bütün bunlar sözügedən igidlərimizin nəyinki yaxınları, ümumiyyətlə bütövlükdə Azərbaycan xalqı üçün çox üzücü idi. Həmin igidlərimiz isə öz qanları, canları bahasına qələbə sevincini bizə yaşatdılar.
Minlərlə qəhrəman oğullarımızın bəziləri öz ata-anasını, bacı-qardaşını, bəziləri ailəsini, övladlarını uğrunda öldüyü xalqına əmanət edib getdi.
Bəli, dəyərli xalqımız, bir ömür ata yolu gözləyəcək, atasını gözləyərək böyüyəcək bütün şəhid övladları, oğul "dağı" ilə qalan ömrünü əridəcək şəhid valideynləri, yar həsrəti ilə ömrünü yaşayıb, başa vuracaq şəhid xanımları onların bizə əmanətidir. Əmanətə sahib çıxmaq isə nəyinki, fərd olaraq hər birimizin, ümumiyyətlə xalq olaraq hamımızın borcudur.
Eyni zamanda düşmən tapdağı altında çirklənmiş torpaqlarımızı, müqəddəs qanları ilə yuyub, paklaşdıran Şəhidlərimizin adlarını yaşatmaq, daim başımız üstünə uca tutmaq da müqəddəs borcumuzdur.
Yeri gəlmişkən adını daim yaşatmaq, gələcəyimiz olan övladlarımıza tanıtmaq, həmişə xatırlatmaq üçün
01.07.2021-ci il tarixində Qaradağ rayon Müşfiqabad qəsəbəsində Akademik Mehdi Mehdizadə adına tam orta məktəbinin həyətində Şəhid Elsevər Paşayevin şərəfinə ucaldılmış abidə kompleksinin açılışı olub.
Əslən Cəbrayıl rayonundan olan şəhid Elsevər Paşayevin adına abidə kompleksinin inşası sözügedən məktəbin direktoru Şəlalə xanım Qasımlının, həmçinin Qəsəbədə yaşayan Cəbrayıl rayon sakinlərinin təşəbbüsü və dəstəyi ilə baş tutub.
Abidənin açılışında Cəbrayıl rayon İcra başçısının müavini Arif Fərzəliyev və Cəbrayıl rayonunu Milli Məclisdə təmsil edən Millət vəkili Ceyhun Məmmədov da iştirak ediblər.
1 saat davam edən tədbirdə məktəbin şagirdləri şeir və mahnılarla çıxış ediblər. Eləcə də tədbirdə iştirak edən Sözügedən məktəbin direktoru, müəllimləri, şəhidin komandirləri, döyüş yoldaşları da iştirak edib, Elsevər Paşayev haqqında xatirələrini və təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, Elsevər Paşayev bir neçə xarici dil biliyi olan, savadlı, ali təhsilli, eyni zamanda bir neçə hərbi kurs keçmiş hərbçi idi. Onun həm ali savadına, həm hərbidə göstərdiyi aktiv fəaliyyətinə, şücaətlərinə görə ona "Mayor" rütbəsi verilmişdi.
Ailəli idi. Bizlərə əmanət İki qız övladı var.
Ruhunu hörmətlə anırıq.
Allah rəhmət eləsin!
DogruXeber.az