Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əli Əsədov təyyarə qəzası zamanı operativ reaksiya və hərtərəfli dəstəyə görə Qazaxıstana təşəkkür edib

Əli Əsədov təyyarə qəzası zamanı operativ reaksiya və hərtərəfli dəstəyə görə Qazaxıstana təşəkkür edib
Dünən, 16:51 8 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının Bakıdakı səfirliyində olub.
Nazirlər Kabinetindən bildirilib ki, Ə.Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.
Baş nazir Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət edib.
Ə.Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə, həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə ediblər, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.

Qalereya









ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI