Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“100 ilin imzası” kitabının təqdimatı keçirilib

“100 ilin imzası” kitabının təqdimatı keçirilib
9-12-2024, 13:07 59 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Heydər Əliyev Muzeyində Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Prezident mükafatçısı, kitablar-məqalələr müəllifi, “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbudun “100 ilin imzası” kitabının təqdimat mərasimi olub. Öncə Ulu Öndərimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın ən qiymətli, əvəzi olmayan, həmişə öz dəyərini saxlayacaq milli-mənəvi gücüdür. Həmişə arxalanacağımız güvən yerimizdir; Onu xatırladıqca fəxr edəcəyimiz qürur ünvanımızdır. Müasir Azərbaycanın qurucusu, xalqın əvəzsiz oğlu Ulu Öndərin dərin zəkası, uzaqgörən siyasəti nəticəsində xalqımız zirvələri fəth etdi.
Qeyd olunub ki, bu reallıq qəlbimizdə özünə əbədi yer tutmuş Ulu Öndərin bizdən cismən ayrıldığı və tarix üçün çox kiçik olan zaman kəsiyində görkəmli dövlət xadimi haqqında qələmə alınmış yüz cildlərlə kitablarda öz əksini tapıb. Bu baxımdan oxuculara yeni təqdim olunmuş “100 ilin imzası” kitabı oxuculara dahi öndərlə bağlı məlum olmayan yeni bilgilər təqdim etdiyi üçün dəyərli bir nəşrdir.
Diqqətə çatdırılıb ki, jurnalist və publisist Gülşən Behbudun çapa hazırladığı yeni nəşr özünün bir sıra məziyyətləri ilə diqqəti çəkir. Dünyanın tanınmış dövlət xadimlərinin və siyasətçilərinin, mədəniyyət və incəsənət adamlarının Ulu Öndər haqqında söylədikləri fikirlər, gəldikləri qənaətlər hər bir azərbaycanlını düşünməyə sövq edir və onun məhz azərbaycanlı olması ilə qürur duymasını təbii bir istək kimi ortaya qoyur. Kitab boyu Gülşən Behbudun jurnalist düşüncələrində, müsahibələrində, şeirlərində müəllifin dahi rəhbərə sevgisi, məhəbbəti belə deməyə əsas verir ki, bu gün Əliyevşünaslıq elmi özünün yüksək məhrələsindədir.
Heydər Əliyev Muzeyinin direktoru Ramin Orucəliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi illər Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Məhz bu dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarixi qərarlar qəbul olunmuş, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Milli ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır. Ona olan xalq məhəbbəti hələ sovetlər dönəmindən formalaşmış, sonrakı illərdə də ən yüksək zirvəyə çatmışdır. Ulu Öndərin layiqli davamçısı sayəsində bu gün Azərbaycan Onun arzuladığı kimi bütöv və güclüdür.
Qeyd olunub ki, muzeydə qorunub saxlanılaraq nümayiş olunan eksponatlar Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ümummilli Liderin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Müzeyin direktoru bildirib ki, burada fəaliyyət göstərən kitabxanada dahi rəhbətə həsr olunmuş kitablar sərgilənir ki, bunların hamısı tarixin şanlı səhifələrində Vətən oğlunun dövlətimiz qarşısında göstərdiyi xidmətləri əks etdirir. “100 ilin imzası” da bu kitablar sırasına qoşulacaq.
Tədbirdə “100 ilin imzası” kitabının müəllifi, şair-jurnalist Gülşən Behbud çıxış edətək kitabda yer alan məqalələr barədə məlumat verdi. Ulu Öndərə və Onun layiqli davamçısı Müzəffər Ali Baş Komandana həsr etdiyi şeirləri qiraət etdi.
 “100 ilin imzası” kitabı muzeyin kitabxanasına hədiyyə olundu.
Ramiyə ƏKBƏROVA

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI