Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda COP29-un Mavi Zona tədbirləri davam edir

Bakıda COP29-un Mavi Zona tədbirləri davam edir
11-11-2024, 16:28 32 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.
TAPP Koalisiyasının tədbirində COP28 Ərzaq Bəyannaməsi (160 ölkənin Milli Müəyyən edilmiş Töhfələri) və gizli ərzaq xərcləri, fiskal tədbirlər və istixana qazları emissiyasının qiymətləri üzrə yeni FAO SOFA 2024 hesabatının təhlili aparılır:
COP29-un təntənəli açılışının ardınca Kioto Sazişi Tərəflərinin Konfransının (CMP), eləcə də Rəqabət və Bazarlar Təşkilatının (CMA) müzakirələri keçirilir:
UNFCCC Dilinin deşifrə edilməsi tədbirində üç ekspert iştirak edəcək.
Paralel keçirilən tədbirdə kənd təsərrüfatı sisteminin transformasiyası üçün şəffaflıq müzakirə olunur.
"Cavab tədbirlərinin həyata keçirilməsinin təsirlərini qiymətləndirmək və təhlil etmək səyləri haqqında hesabat və məlumatlandırma sahəsində təcrübə və qabaqcıl təcrübələrin paylaşılması" mövzusunda texniki tədbir isə mandatlı görüşlər siyahısındandır:
***14:56
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.
Ümumdünya Meteorologiya Təşkilatı 2024-cü il üzrə iqlim vəziyyətini açıqlayır:
"Greenpeace" təşkilatının tədbirində isə ABŞ-dəki prezident seçkisindən sonra COP29-dan gözləntilər müzakirə mövzusudur:
Paralel olaraq Bioloji Müxtəliflik Mərkəzinin tədbirində iqlim dəyişikliklərinə qarşı mübarizədə maliyyələşdirmənin vacibliyi vurğulanır:
****12:35
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.
COP29-un açılış mərasimi ilə paralel olaraq ABŞ-nin Vanderbilt Universitetinin tədbiri keçirilib və iqlim dəyişiklikləri məsələsinin təhsil və elmlə əlaqələndirilməsi müzakirə edilib.
Bundan bir qədər sonra İqlim Fəaliyyət Şəbəkəsinin (Climate Action Network) müzakirələri keçirilib.
Banqladeşin "COAST Trust" təşkilatının tədbirində isə fəlakət nəticəsində məcburi köçkünlük riski altında olan insanların hüquqlarının təminindən danışılıb.
***11:06
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.
"İqlim Ədalətini Tələb Etmək üçün Qlobal Kampaniya (DCJ)" mövzusunda tədbir başa çatıb. Hazırda COP29-un rəsmi açılış mərasiminə start verilir.
***10:30
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.
"Coshare Environment: İqlim dəyişikliyi və mədəni irsin qorunması üzrə submilli fəaliyyət" mövzusu müzakirə edilib.
***09:50
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.
ilk tədbirlər Mavi Zonada start götürüb.
Konfrans "La Ruta del Clima: Zərər və ziyan, təzminat və iqlim borcunun həlli: İnsan hüquqları öhdəliyi, xeyriyyəçilik deyil!" tədbiri ilə başlayıb.
Hazırda "USCAN: Ehtimal edilən COP nəticələrinə yerli xalqların baxışı" mövzusunda müzakirə aparılır.
Tədbirlərin canlı yayımını buradan izləmək mümkündür:


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI