Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub

Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
5-11-2024, 11:55 118 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​

2 noyabr 2024-cü il tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilini tədris edən fil.üzrə f.d. Xudiyeva Mətanət Mirzəxan qızı və həmin universitetin III kurs tələbəsi Sultanova Feruza Özbəkistanın Milli televiziya kanalının “Shirchoy” verilişinin qonağı olublar. Verilişdə Azərbaycan və Özbəkistan dostluq əlaqələrindən, Azərbaycanın milli adət-ənənələrindən, mədəniyyətindən, mətbəxindən və eləcə də Daşkənd Universitetlərində Azərbaycan dilinin tədrisindən danışılıb. Verilişdə qonaq olan Mətanət Xudiyeva 44 günlük Vətən Müharibəsi zamanı qardaş Özbəkistanın dövlətimizin və xalqımızın daim yanında olduğunu xüsusi vurğulayıb.
Verilişdə həmçinin Özbəkistandakı Heydər Əliyev adınaAzərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə layihəsi əsasında “Azərbaycan poeziyasından incilər” müsabiqəsinin keçirilməsi və qaliblərin Bakıya səfəri barədə söhbət açılıb. Müsabiqənin qaliblərindən olmuş Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin III kurs tələbəsi Feruza Sultanova Bakıya səfəri zamanı yadda qalan xoş təəssüratlarından, Azərbaycan xalqının qonaqpərvərliyindən, Azərbaycanın dadlı yeməklərindən danışıb və bu səfərdən çox   məmnun qaldığını bildirib. 
Verilişdə Azərbaycan və özbək musiqiləri səslənib, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupunun ifasında rəqslər ifa olunub, eləcə də azərbaycanlı aşpaz tərəfindən Azərbaycan mətbəxinin dadlı yeməkləri hazırlanıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI