Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bəzi məhsulların yeni gömrük rüsumu müəyyən edildi - QƏRAR

Bəzi məhsulların yeni gömrük rüsumu müəyyən edildi - QƏRAR
17-10-2024, 19:42 83 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.
Nazirlər Kabinetindən verilən xəbərə görə, bu qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.
Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.
Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI