Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:15 - "Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb

17:14 - Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, əzmkarlıq və əla qiymətlər arzulayıram!"

17:08 - Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulacaq

16:59 - RESPUBLİKA Sahibkar qadınlar ibnin təşkilatcılığı ilə BAŞKENT restoramında Bilik gününə və birliyin icracı direktoru Aygün xanımın qızı Səbinənin alı məktəbə daxil olması münasibətilə tədbir kecirilmişdir

04:19 - "Formula 1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb

04:14 - İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib

17:47 - Azərbaycanın müdafiə nazirinin müavini Çinə səfər edib

17:47 - "Formula 2": Bakıda sprint yarışının qalibi bəlli olub

17:42 - İlham Əliyev: "Fatma Səttarova gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçib"

17:38 - İlham Əliyev "Xəqani" bağında yaradılan şəraitlə tanış olub

17:37 - Əməkdar artist Yaqub Zurufçunun vəfatından 3 il ötür

01:43 - Bu gün Vetenim Azerbaycandır .az qrupunun üzvlərindən olan Saatlı rayon sakini Aslanova Könül Akif qızının doğum günüdür.

00:01 - Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib

23:45 - Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib

23:43 - COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb

Kəmaləddin Heydərov İqor Nazarukla görüşüb

Kəmaləddin Heydərov İqor Nazarukla görüşüb
4-09-2024, 23:57 47 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə FHN-dən məlumat verilib.
Kəmaləddin Heydərov xalqlar və ölkələr arasında dərin və möhkəm köklərə malik çoxşaxəli münasibətlərin iki dövlət başçılarının siyasi müdrikliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün istiqamətlərdə əlaqələrin durmadan genişləndiyini xatırladıb.
Bu xüsusda Belarus xarici işlər nazirinin müavininin ölkəmizə səfəri və səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında mövcud sıx əlaqələrin daha da genişləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib.
Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və ölkəmizdə fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib, uyğun qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkür edən Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Ölkələrimizin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qalereya




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI