Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:10 - İqtisadiyyat İnstitutunda pilot layihənin həyata keçirilməsi vaxtı daha 3 il uzadılıb

23:07 - Prezident İlham Əliyev tacikistanlı həmkarını təbrik edib

23:06 - Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək

23:02 - Ədliyyə nazirinə yeni müavinlər təyin olunub - SƏRƏNCAM

23:00 - Muxtar Babayev: "Yaşıl iqtisadiyyat"ın inkişafına dair dövlət dəstəyi ilə yeni imkanlar açılır"

23:07 - MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

23:07 - MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

23:03 - Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

23:02 - Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

QHT rəhbəri Ağanənə Seyidqızının daha bir uğurlu layihəsi

QHT rəhbəri Ağanənə Seyidqızının daha bir uğurlu layihəsi
2-09-2024, 22:20 131 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bu günlərdə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, daha bir QHT – “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi “Sosial qanunvericilik üzrə maarifləndirmə” layihəsini həyata keçirdi. 
Sumqayıt Gənclər Evində təşkil olunan tədbiri layihənin rəhbəri, birliyin sədri Ağanənə xanım Seyidqızı açdı. Əvvəlcə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçən igid Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra A.Seyidqızı rəhbəri olduğu təşkilat haqqında qısaca məlumat verdi, layıhənin məğzi barəsində danışaraq, günümüzün vacib problemlərindən olan sosial məsələlərə toxundu.Layihənin hüquqşünası Xanlar Fətullayev çıxış edərək, şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına, mövcud qanunvericiliklə nəzərdə tutulan güzəşt və imtiyazlardan söz açdı və bu istiqamətdə aparılan işləri xüsusi vurğuladı.
Dəyirmi masa arxasında, mövzu ilə bağlı bağlı, fikir mübadiləsi aparıldı. 
Sumqayıt Tibb Mərkəzinin direktor müavini Namirə Abbasova bu cür layihələrin vacibliyini vurğulayaraq, Vətən müharibəsi iştirakçılarına və qazilərə göstərilən xidmətdən danışdı. RSİD İB-nin sədri Emil Maqalov,  Sosial Xidmətlər Agentliyinin Regional İdarəsinin əməkdaşı Leyla Cəfərova, “Tərəqqi” İB-nin sədri İndira Şəmsivari, ƏSMİD İB-nin sədri Səbinə Kərimova, Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə(44 günlük Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin qardaşı), Corat Bələdiyyəsinin sədr müavini Nuradə Kərimova, “Bizim Şəhər” İctimai Birliyinin sədri Mətanət xanım,  “Çıraq” İctimai Birliyinin sədri Zeynəb Hacıyeva, “Sumqayıt” qəzetiniin əməkdaşı İlhamə Məhəmmədqızı, şair Səringül Atəş və digər tədbir iştirakçıları tərəfindən şəhid ailələrinin və qazilərin, müharibə veteranlarının, cəmiyyətin həssas təbəqəsi sayılan - əlilliyi olan insanların hüququ cəhətdən maariflənməsində, sosial problemlərinin araşdırılıb həll olunması istiqamətində onlara köməklik göstərilməsində belə layihələrin önəmli rol oynaması vurğulandı.Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı, səhiyyə sahəsində üzləşilən problemlərlə bağlı, verilən sualları cavablandırdı və yaxın gələcəkdə bu sahədə olacaq yenilikləri tədbir iştirakçılarının nəzərinə çatdırdı.Diskussiya şəraitində keçən dəyirmi masada müxtəlif təşkilat və müəssisələrin, ictimai birliklərin əməkdaşları,  iş adamları, həmçinin media nümayəntələri iştirak edirdi.
Sonda çay süfrəsi arxasında, isti münasibətlər şəraitində söhbət davam etdi.
Peşəkar operator, fotomüxbir Əli Əliyevin sayəsində lentə alınan çəkiliş və çəkilən şəkillər həmin günün xoş xatirəsi tək yaddaşa həkk olundu.*Qeyd edək ki, Respublikada uşaq şairi kimi tanınaraq hörmət-izzət sahibi olan Ağanənə Seyidqızı, bacarıqlı təşkilat rəhbəri kimi, bir-birindən fərqli, günün tələbinə uyğun olan gərəkli layihələri ilə uğura imza atır. Ağanənə xanıma bu yolda - gələcək işlərində, xeyirxah əməllərində, həmçinin yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq!
Aygün Hacıyeva,
AJB, AYB və AAB-nin üzvü
-------------------------------

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI