00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
TƏBİB- in "hökmüranlıq qılıncı" qanunları tanımır
"Vetenim-Azerbaycandir.az" informasiya agentliyinin redaksiyasına Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) keçmiş əməkdaşı Xəyalə Həsənova tərəfindən pandemiya dövründə qanunsuz olaraq işdən çıxarılması barədə müraciət daxil olmuşdur.
Müraciəti olduğu kimi təqdim edirik:
"Mən Xəyalə Niyazi qızı Həsənova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışmışam. 30 Dekabr 2020-ci il tarixdə xəstəlik vərəqəsində olarkən (əmək qabiliyyətini itirdiyim dövrdə) qanunsuz olaraq işdən çıxarılmışam. AR Əmək Məcəlləsinə zidd şəkildə işdən çıxarıldıqdan sonra əmək haqqımı natamam şəkildə 1 aydan sonra , əmək kitabça
mı isə 2 aydan çox müddət keçdikdən sonra ala bilmişəm. TƏBİB-in fəalliyətə başladığı ilk gündən bu qurumun struktur, ştat, işə qəbullar,idarəsinə verilmiş xəstəxanaların yeni qaydalara uyğun idarə olunması və.s kimi məsuliyyətli və ağır işləri görmüşəm. Pandemiya və müharibə dövrlərində gündüzlərlə yanaşı gecələr də işləmişəm və xalqıma xidmət göstərmişəm. Bunu həmin dövrdə TƏBİB-də və üst qurum olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində işləyən hər kəs təsdiq edə bilər.Bütün bunları deməklə bildirmək istəyirəm ki, ölkəsi üçün dayanmadan çalışan gənclərin kiminsə istəyi ilə sifarişlə işdən çıxarılması zənnimcə bu qədər asan olmamalıdır. Həmçinin cənab prezident dəfələrlə çıxışlarında qeyd etmişdir ki, xüsusi ilə pandemiya dövründə çalışan işçilərin səbəbsiz şəkildə işdən çıxarılması yolverilməzdir. Bütün bunlara baxmayaraq 30.12.2020-ci ildə xəbərim olmadan işdən çıxarılmışam. Əmək müqaviləmə xitam verilməsi haqda əvvəlcədən heç bir məlumat almamışam. Xitam prosesinin qanunsuz olduğunu ilə əlaqədar əvvəlcə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişəm. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma aparılmış və TƏBİB-in qanunvericiliyi kobud surətdə pozması müəyyənləşdirilmişdir. Lakin, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mənim işə bərpa olunmam barədə göstərişə TƏBİB tərəfindən əməl olunmamışdır. Məhkəməyə müraciət edəcəm dedikdə isə TƏBİB rəhbərliyi mənə get nə edirsən et TƏBİB- ə qalib gələcəksən? Dedi. Məsələ ilə bağlı Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Bəli hakim Cəmilə Musayeva bu qədər sübutlar qarşısında mənim qanunsuz işdən çıxarıldığımı qəbul etdi amma əsassız şəkildə məhkəmənin iddia müddətini ötürdüyümü əsas göstərərək iddianı rədd etdi.Lakin müddət ötürülməmişdir. Əlavə olaraq qeyri iş günlərimdə işlədiyim əvəz günlərimin haqqının verilməsi barəsində də iddiam məhkəmə tərəfindən qanunsuz olaraq rədd edilmişdir. Hakim, əsassız olaraq işəgötürənin yəni Təbib-in əmrini sübut hesab etməmiş və iddianı rədd etmişdir. Bu məsələni də Müfəttişlik xidməti araşdırmış və ödənilməli olduğunu bildirmişdir.Bəli Məhkəmənin qərarı ilə razı deyiləm. TƏBİB-in də, hakimin də sadə vətəndaşlara qarşı belə qərəzli yanaşması ilk deyildir.Araşdırılmasını xahiş edirəm. Apelyasiya məhkəməsinə artıq müraciət etmişəm. Məsələni ictimailəşdirməkdə məqsədim ədalətli və qanuna uyğun şəkildə məsələnin həll olunmasında mənə kömək göstərilməsidir. Onların kimə və nəyə arxalandığını bilmirəm amma mənim arxalandığım yalnız qanun, xalq və ədalətdir.Əminəm ki, onlar mənə kömək olacaqlar."
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az