Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:10 - İqtisadiyyat İnstitutunda pilot layihənin həyata keçirilməsi vaxtı daha 3 il uzadılıb

23:07 - Prezident İlham Əliyev tacikistanlı həmkarını təbrik edib

23:06 - Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək

23:02 - Ədliyyə nazirinə yeni müavinlər təyin olunub - SƏRƏNCAM

23:00 - Muxtar Babayev: "Yaşıl iqtisadiyyat"ın inkişafına dair dövlət dəstəyi ilə yeni imkanlar açılır"

23:07 - MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

23:07 - MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

23:03 - Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

23:02 - Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

Ayxan Hacızadə: Olimpiadanın açılış mərasimindəki təxribatla bağlı Fransanın da üzrxahlıq edəcəyini gözləyirik

Ayxan Hacızadə: Olimpiadanın açılış mərasimindəki təxribatla bağlı Fransanın da üzrxahlıq edəcəyini gözləyirik
3-08-2024, 12:39 69 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib.
Bu barədə XİN-dən məlumat verilib.
"Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - A.Hacızadə vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI