Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb - FOTO

Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb - FOTO
29-07-2024, 23:10 106 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb.
 
bu barədə report-un sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib.
 
Qeyd olunub ki, hazırda Ceyranbatan su anbarında suyun səviyyəsi 27,49 metr, həcmi 171.37 milyon kubmetrdir: "Keçən ilin müvafiq dövründə suyun səviyyəsi 24,64 metr, həcmi isə 135.35 milyon kubmetr olub".
 
Vurğulanıb ki, ötən ay gölün səviyyəsi 27,87 metr olub: "Yay aylarında suya tələbat çox olduğundan gölün səviyyəsi günə 1 santimetr düşür. Bizim qurğular gölün 18 metr hündürlüyündən suyu götürür. Yay aylarında suyun götürülməsi norma həddindədir.
Bu göstəricilər yay ayları üçün normal hesab olunur".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI