Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Təşkilat sədri: "Əvvəllər Azərbaycanda sahibkar qadınları barmaqla saymaq olardı"

Təşkilat sədri: "Əvvəllər Azərbaycanda sahibkar qadınları barmaqla saymaq olardı"
24-07-2024, 18:53 286 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

"Əvvəllər Azərbaycanda sahibkar qadınları barmaqla saymaq olardı. Ancaq artıq vəziyyət dəyişib, biz bu gün çox böyük inkişafın şahidiyik".
bunu Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu sahədə müxtəlif forumların keçirilməsi qadınların bir-biri ilə əlaqə qurması, yaxından tanıması, fəaliyyət istiqamətinin genişləndirilməsi və inkişafı baxımından olduqca vacib və əhəmiyyətlidir: "Bərabər inkişaf naminə" Azərbaycan Qadınlarının Forumu kimi tədbirlər hər zaman qadınlara dəstək xarakteri daşıyıb. Onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, qadınlarımız son vaxtlar böyük inkişafa doğru gedir".
Z.Ağayeva, həmçinin Sahibkar Qadınlar Birliyinin 8 mindən çox üzvü olduğunu və gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəklərini bildirib.
Qeyd edək ki, Bakıda Bakıda "Bərabər inkişaf naminə" Azərbaycan Qadınlarının Forumu keçirilib. Forumda 450-dən çox qadın iştirak edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI