Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıt şəhərində “Buta” moda evinin açılışı olmuşdur.

Sumqayıt şəhərində “Buta” moda evinin açılışı olmuşdur.
14-07-2024, 15:33 489 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

"BUTA" Moda Evinin yeni, daha geniş, işıqlı bir məkanda açılışı münasibətilə işgüzar, sahibkar xanım - Elmira Mustafayevanı ürəkdən təbrik edirik! Tanınmış modelyer Fəxriyyə xanım Xələfovanın, "Sahibkar Qadınlar" İB-nin rəhbəri Zemfira Agayeva xanımın, İctimai xadimlər Yasemen Mohubbetqizi nın və Indira Shamsivari nin, Şəhid Analarının tədbirdə iştirakı açılışa xüsusi rəng qatdı. Qələm əhli və media nümayəndələrinin, işgüzar xanımların, Elmirasevərlərin bir-birindən maraqlı çıxışları, təbrikləri tədbiri daha da maraqlı etdi.

Gül-çiçək yağışına tutulan Elmira xanım da, belə bir gündə qonaqlarına diqqətini əsirgəmədi. O, təşrif buyuran qonaqlara, əlləri ilə tikib hazırladığı gul yaxalıqlar və xüsusi şirniyyatdan ibarət zənbili hədiyyə elədi.

Açılış tortunun kəsilməsi, çay süfrəsi arxasında şirin söhbətlər, müğənninin ifasında zövq oxşayan musiqilərin səslənməsi, tarixə düşəcək fotoşəkillərin çəkilməsi, videoçəkiliş... məclisə xüsusi rəng qatdı. İş adamı olan Elmira xanımın sevincinə şərik çıxaraq, bir daha onu təbrik edir, "Uğurlarınız bol olsun, qızıl əllərin sahibi - Elmira xanım!", - deyirik! "BUTA" MODALAR EVİ yeni ünvanda yolunuzu gözləyir, zövqlə, dəblə geyinmək istəyən gözəl xanımlar!!!

Ünvan: Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 14-cü məhəllə, "Zeytun" aptekin yanı. Marşrut: 7 nömrəli avtobus.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI