09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Çavuşoğludan Ermənistandakı seçkilərin bölgəyə təsiri ilə bağlı - Açıqlama
“Ümid edirəm, bu gün Ermənistanda keçirilən seçkilər, seçkidən sonra gələn administrasiya daha öncəki xətalardan dərs alaraq, bölgənin sabitliyinin və sülhün tək yolunun qonşuların torpaqlarına göz dikmək əvəzinə, qonşularla yaxşı yola getmək olduğunu anlayar”.
Vetenim-azerbaycandır.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda deyib.
“Çünki müharibədən sonra – yəni Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra həm Türkiyədə, həm Azərbaycanda bölgənin sabitliyi və sülh üçün addım atmaq qərarlılığı var.
Bunu hər iki liderin – cənab Prezident Rəcəb Tayyib Ədoğan və Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarında da hər zaman görürük. Bütün dünya da görür”, - XİN rəhbəri vurğulayıb.
O əlavə edib ki, bir çox layihələrin həyata keçirilməsi imkanı var:
“Bundan və bu yanaşmalardan ən çox istifadə edəcək olan da Ermənistandır. Ermənistan keçmişdəki xətalı siyasət səbəbindən özünü izolyasiya etdiyi üçün digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə geridə qalıb.
Ancaq bu öz günahlarıdır, bizim deyil. İndi bundan istifadə edəcəyinə görə ədavəti bir kənara qoyub, qonşuları ilə yaxşı yola getmək üçün nələr edə biləcəyini düşünməlidir.
Bu anlayış olarsa, mərhələli olaraq əlaqələrimizi normallaşdırarıq, bu məsələlərdə Azərbaycanla birgə qərar verərik. Sərhədləri aça bilərik. Bir çox quru yolu və dəmiryolu layihəsi var. Ticarə.t artar. İnvestisiya artar, imkanlar var.
Türkiyə-Azərbaycan əlaqələrinə bu sülh mühiti töhfə verər, amma bizim əlaqələrimiz onsuz da müstəsnadır – Bir millət, iki dövlət”.