Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nazir: Bir sıra rayonlarda hər beş riyaziyyat müəllimindən biri sertifikasiyada nəticə göstərməyib

Nazir: Bir sıra rayonlarda hər beş riyaziyyat müəllimindən biri sertifikasiyada nəticə göstərməyib
27-06-2024, 16:29 135 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Elə rayonlar var ki, hər beş müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılması prosesində nəticə göstərə bilməyib.
 
bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
 
Nazir bildirib ki, ümumilikdə 40 % müəllim bu fənn üzrə yüksək nəticə göstərib.
 
Onun sözlərinə görə, suallar həmişə standartlara uyğun yazılır:
 
"Amma hələ də hazırlığa ehtiyacı olan müəllimlər var".
 
Nazir qeyd edib ki, riyaziyyat fənni üzrə müəllimlər düstur və anlayışda yüksək nəticə əldə etsələr də, məsələ həllində təkmilləşməyə ehtiyac var.
 
Onun sözlərinə görə, bütün problemlər ibtidai siniflər üzrə baş verir: "Riyaziyyat və Azərbaycan dili fənni üzrə göstəricilər yaxşıdır. Təbii ki, əsas məsələ baza təhsilində qazanılan uğurdur. Bu həll edilsə daha yaxşıdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI