Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın turizm imkanları Yaxın Şərq ölkələrində silsilə tədbirlərlə tanıdılır

Azərbaycanın turizm imkanları Yaxın Şərq ölkələrində silsilə tədbirlərlə tanıdılır
13-06-2024, 16:57 117 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Turizm Bürosu “Dnata” şirkətinin təşkil etdiyi "Ahlan Arabia" adlı silsilə tədbirlərdə iştirak edir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, silsilə tədbirlər Küveyt, Doha və Dubay şəhərlərində keçirilir.
Tədbirlər çərçivəsində B2B və B2C formatlı görüşlər təşkil olunub.
İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın digər bölgələri, əsasən yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub.
Bundan əlavə, iştirakçılara Azərbaycanda mövcud olan sağlamlıq turizmi obyektləri və müalicəvi kurortlar, ekoturizm, qastronomiya kimi turizm məhsulları haqda məlumat verilib.
Xatırladaq ki, iyunun 11-də başlayan "Ahlan Arabia" adlı silsilə tədbirlər iyunun 14-dək davam edəcək.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 min 75 nəfər səfər edib. Bu, ötən illə müqayisədə 39 faizdən çox artım deməkdir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI