09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? – "Bəlkə elə bunu nəzərdə tutur..."
Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? – "Bəlkə elə bunu nəzərdə tutur..."
"Türkiyə ilə ABŞ arasında istənilən məsələlərdə razılıq əldə olunması birmənalı olaraq Azərbaycanın və Azərbaycan-Türkiyə dostluğunun mənafeyinə xidmət edir”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Bayden-Ərdoğan arasında müzakirəyə çıxarılacağı gözlənilən 10-a yaxın məsələlər arasında Rusiyadan alınan və Türkiyə Silahlı Qüvvələrini inventarına daxil edilməsini gözləyən S-400 hava müdafiə sisteminin taleyi də var:
"Artıq bu məsələdə də razılıq əldə olunması istiqamətində hələ təsdiqini tapmamış məlumatlar dolaşır. Türkiyə S-400-lərin məsələsini həll etməklə Amerikanın Türkiyəyə təslim edilməsinə embarqo qoyduğu F-35-lərini geri alır və bu qırıcıların istehsalındakı iştirakını bərpa edir. Bəs belə olan halda, S-400-lər Rusiyaya geri qaytarılacaqmı? Əlbəttə ki, xeyr. Bu silahlar Tükiyə Silahlı qüvvələrinin mövcud olduğu ölkələrdən birinə transfer edilərək Türkiyə hərbçilərinin nəzarəti altında həmin ölkənin səmasını qoruyacaq”.
Müsahibimiz qeyd edib ki, Türkiyənin S-400 ləri yerləşdirəcəyi ölkənin Azərbaycan olması ehtimalı çox yüksəkdir: "Bəlkə Ərdoğanın Şuşada Azərbaycan xalqına, onun Prezidentinə edəcəyi sürpriz S-400-lərin Azərbaycana veriləcəyi barədə şad xəbərdir? Türkiyənin bu addımı Azərbaycan səmalarının uzunmüddətli təhlükəsizliyinin təminatı olar və bununla Azərbaycanla hərbi əməkdaşlığına böyük töhfə verərdi”.