Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya XİN: Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq

Rusiya XİN: Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq
5-06-2024, 13:24 106 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir.
Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir.
“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - Qaluzin vurğulayıb.
O, qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır.//report

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI