Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AQTA tərəfindən COP29-la bağlı təlimat hazırlanıb - FOTO

AQTA tərəfindən COP29-la bağlı təlimat hazırlanıb - FOTO
30-05-2024, 13:06 120 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar "COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair" təlimat hazırlanıb.
bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.
Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb.
COP29-la bağlı Agentlik tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən hazırlanan sözügedən təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub. Təlimatla linkdən tanış ola bilərsiniz.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI