Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

27 may 2024-cü il tarixində Xalq şairi Söhrab Tahirin xatirəsinə tədbir təşkil olundu.

27 may 2024-cü il tarixində Xalq şairi Söhrab Tahirin xatirəsinə tədbir təşkil olundu.
27-05-2024, 21:54 360 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Tədbiri  giriş sözü ilə açan DAMM-nin vitse-prezidenti Ruhiyyə Poladova şairin ad günü ilə bağlı keçirilən tədbirin mahiyyətindən hər kəsə məlumat verdi. Həmçinin tədbirin moderatoru, "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək" İB-nin sədri, Söhrab Tahirin dostu Tofiq Əlizadə də çıxış etdi. Tofiq Əlizadənin çıxışı zamanı onun Söhrab Tahirin həyatından və şair kimi fəaliyyətindən bölüşdüyü məlumatlar sayəsində tədbirdə iştirak edən hər kəs şairin həyatı ilə daha yaxından tanış oldular.
Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olmuşdur. Ailə vəziyyətinin ağırlığına görə atası ilə "İran-ingilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmiş, 1950-ci ildə Bakı Tibb Mərkəzində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun "Filologiya" fakültəsində təhsil almışdır. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən isə "Azərbaycan" jurnalında redaktor olmuşdur. Daha sonra Tofiq Əlizadə qeyd etmişdir ki, o  Söhrab Tahirlı birgə 1994-2012-ci illər  ərzində Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq  Münasibətlər İnstitunun “Azərbaycan Diasporu" şöbəsində işləmiş və həmin illərdə yaradılan “Dünya Azərbaycanlı Gənclərin  Həmrəyliyi" cəmiyyətinin də ilk Aqsaqqallar şurasının da sədri olmuşdur.
Tədbirdə iştirak edənlər arasında xalq şairinin yaxın dostu, xalq artisti Şeyx Əbdül Mahmudbəyov, "Carcı" jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, "Vətənim Azərbaycandır" saytının baş redaktoru Kamran Orucov, Rəna Nəbiyeva, Dilguşə Gülümcan və başqaları var idi. Onlar da görkəmli xalq şairiylə bağlı xatirələrini bölüşdükdən sonra Söhrab Tahirin qızı Nəsibə Tahir Anadil atasını xoş niyyətlərlə xatırlayan ziyalılara öz minnətdarlığını bildirdi. Sonda tədbirin bir sıra iştirakçıları Fəxri Diplomla təltif olunaraq xatirə şəkilləri də çəkildi.

VETENİM-AZERBAYCANDIR.AZ 

Fədayə Qasımlı


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI