Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Daha bir layihə gerçəkləşdi...

Daha bir layihə gerçəkləşdi...
26-05-2024, 14:32 161 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

XATİRƏ FƏRƏCLİNİN İNGİLİS DİLİNDƏ NƏŞR OLUNAN KITABININ TƏQDİMATI KEÇİRİLDİ
Azərbaycan xalqı özünün minilliklər boyu yaratdığı və zamanla nasildən-nəsilə ötürdüyü tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti, maddi və mənəvi dəyərləri ilə haqlı olaraq fəxr edir. Yaradılan zəngin mədəniyyəti, çoxşaxəli ədəbiyyatı və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək vacib addımlardan biridir.  Bu mənada Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sahəsində təqdirəlayiqdir. Bu məqsədlə müxtəlif layihə və tədbirlərin keçirilməsi önəmli şərtlərdəndir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə, bu günlərdə daha bir layihə uğurla həyata keçdi.
Ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması məqsədi ilə, “DÜNYADA BİZ” layihəsi əsasında, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi tərəfindən daha bir layihəyə imza atıldı. Layihəyə əsasən, Azərbaycan Yazıçılar Birliyində“Multikultural məsələlər” üzrə məsul şəxs, tanınmış şair Xatirə Fərəclinin  ingilis dilinə tərcümə olunmuş “PAIN AND JOY OF MY SOUL” (“Ruhumun ağrısı və sevinci”) adlı kitab-almanax işıq üzü gördü. “Qanun” nəşriyyatında nəfis şəkildəçap olunan 111 səhifəlik kitabın redaktoru Samirə Şaqavatova,rəssamı Zahir Məlikli, tərcüməçilər isə İan Pert, Kamran Nəzirli və Ülviyyə Şaqavatovadır.
Azərbaycan Yazışılar Birliyinin “Natəvan” klubunda keçirilən təqdimatda respublikanın tanınmış şəxsiyyətləri, qələm sahibləri, QHT, həmçinin müxtəlif təşkilat və müəssisə rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak etdilər. 
Tədbirin aparıcısı Xatirə Fərəcli nəfis şəkildə hazırlanmış kitab haqqında geniş məlumat verdi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, maliyyə dəstəyinə görə, dərin təşəkkürünü bildirdi.
Çıxış edən natiqlər – AYB-nin Kadrlar şöbəsinin rəisi Arifə Əliyeva, Azərbaycan Milli Konservatoriyasında Humanitar fənnlər kafedrasının müdiri Firudin Qurbansoy, İctimai xadim,“Dövlət və Qanun” qəzetinin Baş redaktoru Yasəmən Möhübbətqızı, “Yeni Təfəkkür” qəzetinin  Baş redaktoru Şəmsiyyə Kərimova, Pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Həsənova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva,həmçinin qələm adamlarından Yusif Nəğməkar, Hikmət Məlikzadə, Xəqani Abbasəli, Giya Paçxataşvili,  Fəxrəddin Teyyub, Yaqoob Usuli, Aygün Hacıyeva, Arzu Nehrəmli, Pəri Muradova, Esmira Günəş, Əzizə Ağahüseynqızı, ElzaGülməmmədova, Zərəngiz Mansurova, Lalə Muxtarova, bədii qiraətçi Cəbrayıl Qənbər və başqaları Xatirə Fərəclinin  həyat və yaradıcılığından söz açdılar, kitabla bağlı fikirlərini söylədilər. Qeyd olundu ki, özünəməxsus dəsti-xətti ilə seçilən və gözəl xasiyyəti, xarakteri ilə sevilən X.Fərəcli şeirləri axıcılığı, oxunaqlılığı ilə yanaşı, fəlsəfi fikirləri ilə insanı düşünməyəvadar edir. Pozitiv enerjili, həyata nikbin baxan, təbiət vurğunu olan xanımın  şeirlərinin hər bir misrası, bəndi “az danış, söz danış” ifadəsinin bariz nümunəsi, təsdiqidir.
    Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyi sədrinin Baş müşaviri Rauf Aslanov, Yəhudi Media Mərkəzinin direktoru, Yəhudi Dini İcmasının həmtəsisçisi Nəsimi Əbilov, Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov, şairlərdən İbrahim Yusifzadə, Sədi Yaradanqulu, Bayram Aşıqlı, Aynurə Ulduz  və başqaları iştirak etdilər. 
Çıxışlar zamanı qeyd olundu ki, kitab tərcüməsi ən çətin tərcümə sayılmaqla yanaşı, bu işə tam məsuliyyəti ilə yanaşmaq əsas şərtlərdən biridir. Belə ki, şairin düşüncələrini tam dərk etmək, mətnlərdəki bədii və poetik çalarları tərcümə olunacaq dildə düzgün anlatmaq peşəkarlıq tələb edir. Tərcümə işində,əsasən, geniş təfəkkür və zəngin dünyagörüşünə malik olmaqla,yüksək səviyyəli bir iş ortaya qoymaq gərəkdir. Xatirə Fərəcli yaradıcılığına daha yaxşı bələd olan və onu dərindən duymağı bacaran professional tərcüməçilər işlərinin öhdəsindən layiqincə gəlmiş, şairin iç dünyasını oxuculara tanıtmağı, söz çələngini çatdırmağı bacarmışlar. 
Sonda  X.Fərəcli çıxış edərək,  xarici ölkələrdən təşrif buyuran qonaqlara və tədbir iştirakçılarına, tərcüməçilərə, layihənin və tədbirin həyata keçməsində ona dəstək olan insanlara minnətdarlığını bildirdi. 
Tədbir iştirakçılarının müəlliflə çəkdirdikləri şəkilləryaddaqalan bir gündən xoş xatirə olaraq tarixin yaddaşına həkk olundu.
İnanırıq ki, ingilis dilinə tərcümə olunan “PAIN AND JOY OF MY SOUL” (“Ruhumun ağrısı və sevinci”) kitabı tezliklə,təkcə qardaş ölkələrdə deyil, dünya miqyasında yayılacaq vəmüxtəlif xalqların nümayəndələri Azərbaycan dilinin, ədəbiyyatının zənginliyinin şahidi olacaq, istedadlı qələm sahiblərimizi tanımaqla dostluq əlaqələrimiz daha da genişlənəcək. Nəzərə alaq ki, müxtəlif dillərə tərcümə olunmuş kitablarımız xaricdə yaşayan həmvətənlərimiz üçün gərəkli vəsaitdir. 
Hər zaman axtarışda, yeni-yeni layihələr sorağında  olan tanınmış, istedadlı şair Xatirə Fərəcliyə cansağlığı, atdığı hər bir addımda uğurlar diləyirik!

 AYGÜN HACIYEVA,jurnalist-publisist,
AJB, AYB və AAB-nin üzvü
----------------

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI