Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səfir: COP29 Azərbaycanın biznes sektorunda Almaniyanın fəallığının artmasına kömək edə bilər

Səfir: COP29 Azərbaycanın biznes sektorunda Almaniyanın fəallığının artmasına kömək edə bilər
22-05-2024, 19:11 137 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Almaniyanın Azərbaycanın biznes sektorunda fəallığının artmasına kömək edə bilər.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Almaniya-Azərbaycan Ticarət Palatasının Üzvlər Assambleyasının tədbirində deyib.
 
O, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsinə görə qürur hissi keçirdiyini bildirib.
 
Ötən il azərbaycanlıların Almaniyaya getmək üçün əldə etdikləri rekord sayda vizadan danışan R.Horlemann qeyd edib ki, növbəti illərdə bu rəqəmin artması iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təkan verə bilər.
 
Xatırladaq ki, bu ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI