Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

22:20 - Prezident: Geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası başlıca amil olub

22:16 - İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib

21:19 - Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

21:15 - COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

21:14 - Prezident İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı olub

21:13 - Nazir: Təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların müzakirəsinə ehtiyac var

21:12 - Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:00 - Uzun illər "Xaçmaz" qəzetində çalışan, jurnalistika peşəsini çiyinlərində daşıyan həmkarımız Gülxar Rəhimlinin doğum günüdür.

00:00 - Türkiyə və Azərbaycan yeni iqtisadi blokda birləşə bilər - Bakı və Ankaranın qlobal təsiri artır

Azərbaycan-Belarus münasibətlərinin yeni perspektivləri

Azərbaycan-Belarus münasibətlərinin yeni perspektivləri
21-05-2024, 21:29 181 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Azərbaycan Respublikası ilə Belarusiya Respublikası arasında bütün dövrlərdə formalaşmış əlverişli əməkdaşlıq mühiti son illərdə daha da möhkəmlənərək, yüksək səviyyəyə çatmışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, cənab Prezidentimiz İlham Əliyev tərəfindən sürətlə inkişaf etdirilən qarşılıqlı əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Bu əlaqələrin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun cari ilin 16 may tarixində Azərbaycana etdiyi dövlət səfəri, səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri, imzalanan sənədlər, səsləndirdikləri bəyanatlar ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına əlverişli imkanlar yaradır. 
     Cənab Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirdiyi kimi, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk: “Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Cənab Prezident xüsusi olaraq vurğulayıb ki, çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirdi və qeyd etdi ki, bu istiqamətdə həyata keçiriləcək işlərin miqyası çox genişdir və əhatəlidir.
     Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində belaruslu mütəxəssislərin iştirakını məmnunluqla vurğulayan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bildirdi ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq. 
     Qeyd olundu ki, Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. Bu baxımdan Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir. Prezident Lukaşenko ölkəmizi Qafqaz regionunun sülh təminatçısı kimi göstərməklə yanaşı bu sülh quruculuğunun öz regionlarında da tətbiq edilməsinin məqsədəuyğun olmasını vacib qeyd etmişdir. Ümumiyyətlə, Azərbaycan-Belarus münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə əməkdaşlığın, sülhün və təhlükəsizliyin təmin olunması baxımından böyük önəm daşıyır. 
     Qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu gün sivil, müasir demokratik prinsiplərə əsaslanan və ən qüdrətli dövlətlərdən birinə çevrilmiş, ölkəmizdə siyasi sabitlik ən yüksək səviyyədə təmin olunmuş, eyni zamanda xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənmişdir. 
      Prezident Aleksandr Lukaşenkonun mətbuata verdiyi bəyanatında - Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik, - deməsi bunun bariz nümunəsidir.

YAP Quba rayon təşkilatının sədri        Fidan Hüseynova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI