Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın bir çox əraziləri ermənilər tərəfindən işğal olunmuşdur. Bunlar:
Xocalı soyqırımı- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ağdaban faciəsi — 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır.
Qaradağlı qətliamı və ya Qaradağlı faciəsi-Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRI silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi.
Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı.
- Şuşanın işğalı- Döyüş strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşada 8 may 1992-ci il tarixində baş vermiş və erməni qüvvələrinin onu işğal edərək, azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərərgah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də "Ümumdünya xristian həmrəyliyi" və "Daşnaksütun" terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.
- Laçın şəhərinin işğalı- 1 oktyabr 1992-ci ildə 2-ci ordu korpusu general-mayor Dadaş Rzayev Qubadlı rayonunun şimalında Muradxanlı kəndindən hücuma keçmişdir. Laçına 4 km qalmış Qraç Andresyanın rəhbərlik etdiyi erməni silahlı birləşmələrinin və rus hərbçilərinin hərbi müdaxiləsi sayəsində qarşısı kəsilir. Digər hərbi hissə Laçına şimal-qərbdən hücuma keçmişdi. 19 oktyabrda erməni ordusunun əks hücumu ilə Azərbaycan ordusu geri çəkilməli olur.
İyunun sonunda Azərbaycan Qarabağın cənub-şərqində yerləşən
Xocavənd şəhərinə yeni hücum hazırlayırdı. Hücum qüvvəsinə çoxlu tanklar, Xocavənd və
Qırmızı Bazar yaxınlığında
Maçkalaşen və Cardar cəbhələrində
zirehli döyüş maşınların və
zirehli piyada dəstələrin daxil idi. Xocavəndin alay komandiri
Monte Melkonyan ağır zirehli texnikanın olmamasına baxmayaraq, Azərbaycan qüvvələri tərəfindən təkrar hücum cəhdlərini zərərləşdirməyi bacarmışdı. 1992-ci il avqustun sonunda qondarma Dağlıq Qarabağ hökumətində siyasi gərginlik, hökumət üzvlərinin avqustun 17-də istefa verməsi ilə nəticələndi. Hakimiyyət sonradan Dövlət Müdafiə Komitəsi tərəfindən çağırılan şuraya fərz edildi.
Robert Koçaryanın başçılığı altında olan şuraya, münaqişənin sonuna qədər müvəqqəti olaraq anklavın idarə edilməsi tapşırıldı. Eyni zamanda Azərbaycan təyyarə hücumlarına başladı.
- Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.
- Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. Ağdamın işğalı Ermənistan rəhbərliyi üçün strateji vəzifə idi. Ağdamın Əsgəran, Ağdərə və Xankəndidəki erməni mövqelərinə yaxınlığını nəzərə alaraq, Mərkəzi Azərbaycanın bu böyük şəhərinin işğalı və etnik təmizlənməsi, Ağdamdan şərqə yerləşən digər şəhərlərə doğru hücuma qədər müharibənin bütün gedişini dəyişməli idi. Ağdamın işğalına dair əməliyyatın 1993-cü ildə erməni ordusunun strateji hücumundan xeyli əvvəl planlaşdırıldığı yaxud Kəlbəcərin işğalından sonra başlanan hücum momentinin davam etdirilməsi üçün başlandığı hələ də məlum deyil. İstənilən halda, Ağdam işğalı əməliyyatı 1993-cü ilin fevralında başlanan irimiqyaslı hücumun bir hissəsi oldu.
Aradan illər keçir və 30 ildən sonra qaçqınlıq dövründə gələn körpə uşaqlar böyüyərək öz ata-baba torpaqlarını düşməndən azad elədi. Beləliklə güclü ordumuzun və uzaqgörən alibaşkomandamız cənab prezident İlham Əliyev Heydər oğlunun siyasəti nəticəsində 44 gün müddətində işğaldan azad olunmuş bütün torpaqlarımız özümüzə qayıtdı. Cənab prezident Qarabağı qaytarmaqla bir daha sübut elədi ki, Azərbaycan güclü orduya malikdir. 44 günlük müharibə ərəfəsində bir daha belə nəticəyə gəlmək olar ki, Azərbaycan xalqı hər zaman bir-birilərinə dayaq və birdirlər. Buna görədə düşmən bizim birliyimizi görüb, müharibə zaman bəzən özdəri ərazilərimizi tərk edirdilər.
44 günlük müharibə-
Azərbaycan Silahlı Qüvvələri və
Ermənistan Silahlı Qüvvələri arasında
Dağlıq Qarabağda davam edən silahlı qarşıdurmadır. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə
Azərbaycanın bir hissəsi kimi tanınan, lakin
Ermənistan hökumətinin idarəetməsi altında yaradılan
Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da
Qarabağ müharibəsindən sonra yaradılmış
təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
44 günlük müharibə zamanı Azərbaycanın bütün bölgələrindən soydaşlarımız öz istəkləri ilə yaşadıqları ünvanları üzrə hərbi komissarlığı müraciət edərək, könüllü olaraq sevinclə müharibəyə gedirdilər. Bununla bir daha Azərbaycan sübut elədi ki, istər erməni, istərsədə erməniyə dəstək olan digər ölkələr Azərbaycan xalqı ilə bacara bilməz.
İkinci Qarabağ müharibəsi zamanı Qərbi Azərbaycan elinin, Pəmbək mahalı, Hamamlı rayonu, Qursalı kəndindən 7-8 nəfər iştirak etmiş, onlardan 4 nəfəri şəhidlik zirvəsinə ucalmış, 3 nəfər isə yaralanmışdır. Mustafayev Nicat Bəkir oğlu, Dəmirçiyev Tural Rəfail oğlu, Hüseynov Rövşən Kazım oğlu, Ramazanlı İlqar Etibar oğlu. Adları çəkilən qəhrəman igidlərimiz qəhrəmancasına vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmişdilər. Hazırda 4 qəhrəman igidlərimizdən 2 si haqqında məlumatı çatdırmaq istərdim. Qalan 2 şəhidimiz haqqında ətraflı material olmadığı üçün məlumat verə bilməyəcəyik.
Mustafayev Nicat Bəkir oğlu və Dəmirçiyev Tural Rəfail oğlu haqqında məlumat verəcəyik.
Mustafayev Nicat Bəkir oğlu- 08.10.2001-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Binəqədi rayonu üzrə 179 nömrəli məktəbdə alıb, 9 cu sinfi bitirdikdən sonra dəmir yolu liseyinə daxil olub, oranı qurtardıqdan sonra 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağrılmışdır. Nicat kiçik yaşlarında bir çox idmanlarla məşğul olmuş, Respublika və ölkə xaricində bayrağımızı hər zaman yüksəkliklərə qaldırmış, daima ilk 3 pillədə qərarlaşmışdır.
İdmançı olduğuna görə hərbi xidmətdə olarkən XTQ-in seçimlərində iştirak edərək, xidmətini orda davam etdirmişdir. Nicat hər zaman həm hərbi xidmətdə olduğu zamanda, həmdə hərbi xidmətdən əvvəlki zamanda da öz bacarığı və qabiliyyəti ilə seçilirdi. Valideyinlərinin “ Qursalı Tv”-yə verdikləri müsahibə zamanı bildirmişdilər ki, Nicatla sonuncu dəfə mobil telefon vasitəsi ilə xeyli danışdıq. Son danışığı belə qeyd eləmişdilər:
Nicatla son dəfə telefon ilə danışanda bildirirdi ki, biz hər zaman təlimdə oluruq. Amma bu sonuncu təlimimizdir. Burdan salamat qayıtsaq daha təlimlərə getməyəcəyik. Amma əslində isə Nicatın təlim dediyi vaxt müharibənin başdanması idi. Sadəcə hərbi xidmətlə əlaqədar olaraq, bəzi məlumatları verə bilmirdi.
Mustafayev Nicat Bəkir oğlu 05.10.2020-ci ildə saat 4 radələrində Füzuli uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından, müdaxilə eləmək mümkün olmadığı üçün şəhidlik zirvəsinə yüksəlmişdir.
06.10.2020-ci ildə Binəqədi rayonu üzrə kənd qəbirstanlığında dəfn olunub. Nicat Murovdağ yüksəkliyinin, Cəbrayıl və Füzulinin alınmasında iştirak etmişdir.
Mustafayev Nicat Bəkir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev İlham Heydər oğlunun fərmanı ilə “ Rəşadət ordeni”, “ Vətən uğrunda “ medalı, “ Cəsur döyüşçü”, “ Kəlbəcərin, Füzulinin və Cəbrayılın alınması “ medalı ilə təltif olunmuşdur. Yaşadığı evinin önündə şəhidin barelyefi vurulmuş, adına bulaq tikilib və həmin məhəlləyə “ Nicat Mustafayev” küçəsi adı verilib. Allah Rəhmət Eləsin.
Dəmirçiyev Tural Rəfail oğlu- Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də
Bakı şəhərində anadan olub. 1999–2010-cu illərdə Bakı şəhəri Sabunçu rayon Rixard Zorqe adına 90 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra isə 2010–2014-cü illərdə
Azərbaycan Dövlət Pedaqoji Universitetində "menecment" ixtisası üzrə ali bakalavr təhsili almışdır. 2017-ci ildən 2020-ci ilin sentyabrınadək
Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində mühafizəçi kimi çalışıb. 2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayınadək
Azərbaycan Quru Qoşunları 1-ci Ordu Korpusunun Tərtər rayonunda yerləşən hərbi hissəsində "əsgər" rütbəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci il sentyabrın 21-də hərbi toplanış çərçivəsində
Azərbaycan Quru Qoşunlarının əsgəri kimi hərbi xidmətə göndərilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Tural Dəmirçiyev 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan
İkinci Qarabağ müharibəsi zamanı
Füzulinin azad edilməsində savaşıb. Tural Dəmirçiyev oktyabrın 5-də
Füzulinin azad edilməsi zamanı qəlpə yarasından şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tural Dəmirçiyev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edildi.
Şəhid Tural Dəmirçiyevin atası Rəfail müəllimin “ Qursalı Tv”- yə müsahibə verərkən oğlu ilə axırıncı danışığını belə bildirmişdir:
“Tural səhər saat 7 yə qalmış qalxıb işə gedirdi. Elə bu zaman Turalın telefonuna zəng gəldi və həmin zəngdən sonra evdən çıxıb, yaşadağı ünvana yaxın yer olan Əlillər bulağına getdi, bir qədər sonra geri qayıdıb bildirdi ki, mən 3 günlük təlimə gedib qayıdacam. Tural SOCAR-da mühafizəçi işdəyirdi. Tural ilə mən işdə idim, axırıncı dəfə ayın 3-də mobil telefon ilə danışdım. Hətda telefon ilə danışanda belə sevinc gülə-gülə danışırdı. Mobil telefonla danışan zamanı mən topun səsini eşitdim və Turala dedim ki, sən müharibədəsən?
Tural isə bildirdi ki, biz aşağıdayıq, top səsi dağın başından gəlir.
Ayın 7-si mənə Kənd sovetdiyindən zəng edərək bildirdilər ki, Tural yaralanıb, amma ora gedəndən sonra yaralanmağı yox şəhidlik xəbərini eşitdim. Könüllü yazılmasını mən Turalın 3 mərasimində iş yoldaşları deyəndə öyrəndim”. Tural Füzulinin Məngənə dağı ətrafında şəhid olub.
Allah Rəhmət Eləsin.
Abbasov Samir Rahin oğlu“ Qursalı Tv” kanalın rəhbəri, “ İRS” Mədəni İnkişafa Dəstək İctimai Birliyinin üzvi.