20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Prezident İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş “Zəfər çələngi” adlı kitab Bişkekdə nəşr olundu
Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə, Azərbaycandakı
Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının və
Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, professor, siyasi elmlər
doktoru Cümşüd Nuriyevin; Dövlət Gömrük Komitəsinin Akademiyasının
müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyevanın; Odlar Yurdu
Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi
Mayıl Orucovun və həmin kafedranın dosenti S.İbrahimovanın həmmüəllifliyi ilə
yazılmış “Zəfər çələngi” adlı kitab bu günlərdə işıq üzü görmüşdür.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Azərbaycan
tarixini, ədəbiyyatını, mədəniyyətini, Ulu Öndər Heydər Əliyevin müqəddəs irsini,
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasəti Orta Asiya ölkələrində yorulmadan təbliğ
edən tanınmış ictimai xadim Nüsrət Məmmədovdur.
“Zəfər çələngi” kitabı Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevin 20 illik prezidentliyi dövründə dövlətinə və millətinə qazandırdığı
uğurların siyasi və iqtisadi təhlilinə həsr olunmuşdur.
Azərbaycan-Qırğızıstan münasibətlərinə və Azərbaycan-Qırğızıstan İnkişaf
Fondunun hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə həsr olunmuş
geniş məqalə ilə başlanan kitabda İlham Əliyevin Milli Dövlət quruculuğu; Milli
təhlükəsizliyin təmin edilməsi; enerji təhlükəsizliyi; nəqliyyat təhlükəsizliyi, sosial
təhlükəsizlik; hərbi təhlükəsizlik; informasiya təhlükəsizliyi; ekolji təhlükəsizlik,
kadr və gənclər; rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə; iqtisadi və
təhlükəsizlik və ərzaq təminatı; gömrük və xarici siyasəti təhlil və şərh edilmiş
şəkildə, həmçinin dəqiq beynəlxalq və yerli statistik məlumatlar cədvəllər və
diaqramlar formasında ardıcıllıqla yeləşdirilmişdir.
Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Silahlı Qüvvələri son üç il ərzində 220 illik işğal tarixinə son qoydu.
Dünyada ədalətin itdiyi bir zamanda böyük peşəklarlıq və dövlət idarəetmə
ustalığı göstərən, dərin düşüncəli, uzaqgörən siyasətçi İlham Əliyev dünya erməni
lobbisinə və onları dəstəkləyən bütün beynəlxalq güclərə qalib gəldi. 30 ilə yaxın
erməni işğalı altında qalan və tamamilə dağıdılımış hala düşən Qarabağ və Şərqi
Zəngəzur İqtisadi rayonlarının əraziləri düşmən tapdağından azad olundu.
2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən II
Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətini və döyüş taktikasını bütün
dünyaya tanıtdı. Qazanılan Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Hərb tarixində misli görünməmiş 44 günlük müharibənin hərbi-siyasi, tarixi-
ideoloji və iqtisadi nəticələri haqqında hələ çox danışılacaq və yazılacaq.
Son üç il ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə əməliyyat
keçirməklə torpaqlarımızı düşmən terroristlərindən təmizlədi. Birgünlük (19-20
sentyabr 2023-cü il) Antiterror əməliyyatı keçirən Azərbaycan Silahlı Qüvvələri
Ali Baş Komandanın tapşırığını uğurla icra edərək, 23 saatdan bir az artıq
müddətdə düşmənə diz çökdürdü. Eyni zamanda, təhlükəsizlik orqanlarının
əməkdaşları tərəfindən əldəqayırma qurumun bütün rəhbərləri və əsas ideoloqları
həbs olunaraq Bakıya gətirildi.
Bu gün Qələbə sevincini yaşayan, Qarabağ torpaqlarına alnıaçıq, üzüağ,
fərəh hissi ilə ayaq basan Azərbaycan xalqı qəhrəman oğulların – Şəhidlərin
xatirəsini hörmətlə anaraq ruhlarına dualar oxuyur, qazilərə Uca Allahdan şəfalar
diləyir.
Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə, artıq işğaldan
azad edilmiş ərazilərə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir,
yaşayış binaları, sosial, nəqliyyat və iqtisadi infrastruktur sürətlə bərpa olunur.
Aparılan yenidənqurma və quruculuq işləri yüksək keyfiyyətlə həyata keçirilir.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz sərhədlərinə tam nəzarət edir.
Ölkə Rəhbərinin apardığı siyasət və gördüyü işlər nəticəsində Azərbaycan
dövləti dünyanın aparıcı dövlətlərindən biri sayılır. Təməli Ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik siyasətini uğurla həyata keçirən
cənab İlham Əliyevin səyi nəticəsində son iyirmi ildə Azərbaycan dünya
miqyasında baş verən siyasi proseslərə istiqamət verə bilən bir dövlətə çevrilib ki,
bu yolu əksər dövlətlər daha çox zaman xərcləməklə keçə biliblər. Azərbaycan
nəinki Cənubi Qafqazda və MDB məkanında, artıq Avropa İttifaqında belə, öz
sözü və imzası, iradəsi ilə tanınan müasir bir dövlətdir.
Qeyd edək ki, sadalanan bütün məsələlər kitabda öz əksini tapıb.
“Uluu Toolor” nəşriyyatında Azərbaycan dilində 500 nüxsə ilə çap olunan
kitab geniş oxucu kütləsi üçün hesablanıb. Bu, fondun nəşr etdirdiyi 160-cı
kitabdır.
Xüsusilə qeyd edək ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, öz
ənənələrinə sadiq qalaraq, bu kitabı da pulsuz yayacaq. Həm də Fond, kitabın
təbliğat istiqamətində böyük əhəmiyyət kəsb etdəcəyini nəzərə alaraq, qırğız və rus
dillərinə tərcümə etdirməyi də nəzərdə tutur.