Ukraynanın Xarkov şəhəri kütləvi raket hücumuna məruz qalıb. Şəhərə azı doqquz raket zərbəsinin endirildiyi bildirilir. Hazırda bu Xarkovda olan Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov ən son məlumatları çatdırıb. O bildirib ki, raket hücumlarının əsas hədəfi su elektrik stansiyalarıdır. “Ümumiyyətlə, son bir ayda endirilən raket zərbələri nəticəsində Xarkovun, demək olar ki, 70 faizi işıqsız qalıb. Həmçinin internet və rabitə problemi də yaşanır”, - deyə jurnalist qeyd edib. M.Aslanov əlavə edib ki, ötən gecə Xarkovla yanaşı, Kiyev, Lvov, Xmelnitsk, Zaporojye, Dnepropetrovsk, Odessa vilayətlərinə də raket hücumları olub: “Gecə saatlarından başlayan hücumlar nəticəsində Ukrayna ərazisinə 40-a qədər raket zərbəsi endirilib”.
17:02 Ukraynanın beş vilayəti hücuma məruz qalıb, əsas zərbələr kritik infrastruktura dəyib. Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) sədri Aleksandr Xorunjiy bildirib. “Xarkovda Rusiyanın hücumları nəticəsində bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb. Həmçinin Odessa, Lvov və Kiyev vilayətlərində, eləcə də Zaporojyedə endirilən zərbələrin nəticələrinin aradan qaldırılması davam edir”, - o deyib. Ukrayna FHDX rəhbəri bərpa işlərinə qonşu vilayətlərdən də canlı qüvvə və texnika cəlb olunduğunu söyləyib: “Hazırda 171 xilasedici və 57 texnika Rusiya tərəfindən endirilən kütləvi raket zərbələrinin nəticələrinin aradan qaldırılması üçün yerlərdə işləyir”. Əməliyyat məlumatlarına görə, raket zərbələri nəticəsində insan itkisi olmayıb. “Xilasedicilər terror aktlarının nəticələrini aradan qaldırmağa davam edir. Bütün yanğınlar ya lokallaşdırılıb, ya da söndürülüb. Qəza-xilasetmə əməliyyatları davam edir”, - deyə FHDX sədri vurğulayıb. Xatırladaq ki, dünən gecə saatlarında Ukrayna hökuməti ölkənin enerji infrastrukturuna hücumlar olması barədə məlumat verib. Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov bildirib ki, şəhərin kritik infrastrukturuna azı on zərbə endirilib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. O, “Centerenergo” şirkəti isə Kiyev yaxınlığında regionun ən güclü elektrik stansiyası olan “Tripolye” İstilik Elektrik Stansiyasının (İES) tamamilə dağıdıldığını vurğulayıb. 13:57 Tripolye İstilik Elektrik Stansiyası (İES) tamamilə məhv olub. Bu barədə “Tsenterenerqo Ukrainı” şirkəti məlumat yayıb. Bildirilir ki, güclü yanğın turbin sexini bürüyüb. İES Kiyevdən 45 km cənubda, Dnepr çayının sahilində yerləşir. Çernobıl Atom Elektrik Stansiyasının istismardan çıxarılmasından sonra bu, Kiyev vilayəti, eləcə də Jitomir və Çerkassı üçün ən böyük enerji istehsal edən obyekt idi.
Mənbə: Zov Kiev 13:04 Rusiya Silahlı Qüvvələri bu gün növbəti dəfə Ukraynanın enerji infrastrukturuna kütləvi hücum həyata keçirib. Hücumun nəticələri barədə Ukrayna KİV məlumat yayıb. Hədəf Kiyev vilayətindəki enerji bloku olub. Nəticədə Tripolye İstilik Elektrik Stansiyasında yanğın başlayıb. İlkin məlumata görə, raketlərdən biri İES-i sıradan çıxarıb. Lakin rəsmi mənbələr hücumla bağlı hələlik heç bir məlumat verməyiblər.