11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
Hikmət Şikarov - 55
VETENİM-AZERBAYCANDIR.AZ
Bu gün dəyərli ziyalımız, elinə və obasına bağlı, milli dəyərlərə, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq şəxsiyyət, hər zaman dövlət maraqlarını şəxsi mənafeyindən üstün tutan əqidəli dövlət xadimi, bacarıqlı mütəxəssis, məsuliyyətli rəhbər və gözəl şəxsiyyət, qayğıkeş ailə başçısı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini HİKMƏT ŞİKAROVun doğum günüdür.
Hörmətli Hikmət müəllim!
Doğum günü insanın həyatında yaddaqalan hadisə kimi yaşanmış ömrə hesabat məqamıdır. Böyük və zəngin tale yaşamısınız bu qısa dövr ərzində. Məktəb, tələbəlik, Əfqanıstan müharibəsi, Qarabağ savaşı və müstəqil dövlətimizə layiqli xidmətdə keçib mübarizə ruhlu mənalı ömrünüz. Yaşadıqlarınızla qürur duymaq haqqınız var, zənnimcə bu Sizin həyat və onun sınaqları qarşısında qələbəniz deməkdir. Xoşbəxt insansınız ki, Zəfər tarixini yaşadınız. Bu gün də məsul vəzifədə həm yüksək əqidəli dövlət xadimi, həm də vətənpərvər insan, sadəliyi və səmimiyyəti, həssaslığı və xeyirxahlığı ilə seçilən və sevilən, öz Prezidentinə və xalqına nüfuz qazandırmağı bacaran dövlət məmuru kimi böyük hörmət sahibisiniz..
Sizi gözəl yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, arzumdur ki, bu gün yubiley kimi qeyd etdiyiniz 55 kimi həyat imtahanlarından alacağınız 5-lər ömrünüzü bəzəsin! Həmişə gənclik ruhu ilə yaşadığınız zəngin taleyinizlə gənc nəslə örnək olasınız! Azad Vətənimizdə azad və firavan həyat, sağlamlıq və xoşbəxtlik, uğur və fərəh, yeni-yeni zirvələri fəth etməyinizi arzulayıram!
Böyük hörmətlə : Ofelya Babayeva