Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BSİF-in toplantısında Azərbaycanın üzləşdiyi mina poblemi gündəmə gətirilib

BSİF-in toplantısında Azərbaycanın üzləşdiyi mina poblemi gündəmə gətirilib
6-04-2024, 14:29 128 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Beynəlxalq Sosial İşçilər Federasiyasının (BSİF) Panamada keçirilən ümumi yığıncağında Azərbaycanın üzləşdiyi mina poblemi gündəmə gətirilib.

VETENİM-AZERBAYCANDIR.AZ  xəbər verir ki, hibrid şəkildə keçirilən tədbirdə 153 ölkədən nümayəndələr iştirak edib.
Azərbaycan Sosial İş İctimai Birliyini Panamada qurumun İdarə Heyətinin üzvü Aytəkin Hüseynli, Sənan Ağayev və Məsləhət Şurasının üzvü İlkanə Qoca təmsil edib.
Ümumi yığıncağın açılışında çıxış edən Aytəkin Hüseynli mediada yanlış məlumatların yayılmasının neytrallığın pozulmasına və nəticədə yanlış sosial təsirlərin yaranmasına gətirib çıxardığını bildirib. Daha sonra Aytəkin Hüseynli irqçiliyin və digər ölkələrdən gələn qaçqınlara fərqli münasibətin sosial ədalətin də qorunmasına mane olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Yığıncağa onlayn qoşulan Azərbaycan Sosial İş İctimai Birliyinin Məsləhət Şurasının üzvü İlkanə Qoca Ümumdünya Səhiyyə Təşkilatı qarşısında müharibədən əziyyət çəkən insanların psixi sağlamlığının yaxşılaşdırılmasında qabaqcıl təcrübələrin öyrənilməsini və tətbiqinin təşkil olunmasını təklif edib. Tədbir çərçivəsində Azərbaycanda mina qurbanlarının sayının gün-gündən artması, bundan başqa, Azərbaycanın digər bölgələri ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında quru yolla əlaqənin olmaması diqqətə çatdırılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI