Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

APREL 1-5 Zəfər carçıları

APREL 1-5 Zəfər carçıları
6-04-2024, 08:29 205 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Aprelin 5-də Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş  Şöhrəti  muzey filialında "Zəfər carçıları"  adlı tədbir keçirilmişdir. 
Tədbiri giriş sözü ilə Afət Vəlixanova açdı. O, 2016-cı ilin 1-5 aprel tarixlərində baş verən Aprel döyüşləri -böyük zəfərin başlanğıcı olduğunu vurğuladı.  2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermanıstan silahlı quvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatlarının qarşısını aldı və bu, aprel döyüşləri kimi tarixə düşdü. Aprel döyüşlərində rayonumuz da 3 şəhid Yüzbəyov Əmrah Aydin oğlu, Qayıbov Elvin Sədrəddin oğlu, Mirzəyev Elvin  Azadxan oğlu şəhid olmuşdur. Tədbirə dəvət olunan şəhid valideynləri dəvətə görə minnətdarlıqlarını bildirdilər. 
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru, ehtiyyatda olan zabit Xaçmaz Rayon İcra Hakimiyyətinin məsıəhətçısı  Tariyel Didarov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Həmkarlar idarəsinin sədri Qərib Umudov çıxış edərək Aprel döyüşlərinin haqqında maraqlı məlumatlar verdilər. Dünyanın harasında olursa olsun müharibələr qan qaydasız olmur. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət diləyirik! Tədbirin rəsmi hissəsindən sonra məktəblilərin ifasında vətənə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. 
Sonda tədbir iştirakçıları şəkil çəkdirdilər.           Gülxar Rəhimli, "Xaçmaz". Vətənim-Azərvaycandır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI